Türkiyədə təhsil alan 200 azərbaycanlı gənc məzun adını qazanıb - 15 Июня 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyun » 15 » Türkiyədə təhsil alan 200 azərbaycanlı gənc məzun adını qazanıb
Türkiyədə təhsil alan 200 azərbaycanlı gənc məzun adını qazanıb
11:35

Məzunlar ölkənin adını her yerdə ucaldacaqlarına söz veriblər

Bu il Türkiyənin müxtəlif universitetlərində təhsil alan təxminən 200 azərbaycanlı gənc məzun adını qazanıb. Onlardan bəziləri Türkiyənin ən nüfuzlu universitetlərinin tarixində indiyə qədər görünməmiş yüksək bal toplayıb. Ankarada keçirilən buraxılış tədbirləri çərçivəsində azərbaycanlı məzunlar Vətənə sədaqət andı içib və hər zaman qulluq edəcəklərinə, eləcə də ölkənin adını her yerdə ucaldacaqlarına söz verib. Azərbaycanın Ankaradakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyənin müxtəlif universitetlərindən məzun olan azərbaycanlı gənclərin buraxılış mərasimi ilə bağlı tədbirlər Ankaradakı Heydər Əliyev parkından başlayıb. Azərbaycanlı məzunlar ulu öndərin xatirəsini ehtiramla yad edib.

"Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimovun rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi"nin dəstəyi ilə Azərbaycanın Ankaradakı səfirliyində təşkil edilən tədbirdə səfir Zakir Həşimov, ölkənin təhsil nazirliyi və ali təhsil qurumunun rəhbərləri, nüfuzlu universitetlərin professorları iştirak edib. Ankara, İstanbul, İzmir, Bursa, Konya, Eskişehir və digər şəhərlərdəki universitetlərdə təhsillərini uğurla başa çatdıran azərbaycanlı məzunlar əvvəl Türkiyə, daha sonra Azərbaycan himnini səsləndirib.

Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov məzunları təbrik edərək, onlara ölkəmizin daha da çiçəklənməsi yolundakı fəaliyyətlərində uğurlar arzulayıb. Orta Doğu Texnik Universitetini bitirən Orxan Salmanlı Türkiyədə təhsil almaları üçün yaradılan şəraitə görə, Azərbaycan və Türkiyə dövlətlərinə, eləcə də universitet müəllimlərinə bütün məzunlar adından minnətdarlığını bildirib.

"Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi"nin dəstəyi ilə keçirilən buraxılış tədbirləri məzunlar üçün təşkil edilən ziyafətlə davam edib. Məzunlar İradə İbrahimovanın mahnıları ilə şənliyi davam etdirib. Burada "Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi"nin məzunlara xüsusi hədiyyələri paylanılıb.

Kateqoriya: Tehsil | Baxılıb: 457 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016