TQDK sınaq imtahanlarının cavablarını aprelin 8-dək açıqlayacaq - 4 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 4 » TQDK sınaq imtahanlarının cavablarını aprelin 8-dək açıqlayacaq
TQDK sınaq imtahanlarının cavablarını aprelin 8-dək açıqlayacaq
19:04

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə aprelin 3-də keçirdiyi sınaq imtahanlarının nəticələrini aprelin 8-dək açıqlayacaq.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, sınaq imtahanlarının nəticələri komissiyanın saytında yerləşdiriləcək. İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib. Bu imtahanda iştirak etmək üçün 31468 abituriyent qeydiyyatdan keçib.

E. Nağızadə deyib ki, aprelin 3-də keçirilən sınaq imtahanlarına 139 abituriyent valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. TQDK-nın xəbərdarlığından sonra həmin abituriyentlərin bir qismi imtahana gəlməyib, imtahana gələnlər isə imtahan binasına buraxılmayıb.

TQDK rəsmisinin sözlərinə görə, növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək. Artıq bu gündən aprelin 17-də və 24-də keçiriləcək sınaq imtahanlarına da yazılış başlayıb.

Kateqoriya: Tehsil | Baxılıb: 857 | Elave eden: ANAR_PUSU | Reytinq: 1.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016