TQDK sədri M. Abbaszadə mətbuat konfransı keçirmişdir - 14 Мая 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » May » 14 » TQDK sədri M. Abbaszadə mətbuat konfransı keçirmişdir
TQDK sədri M. Abbaszadə mətbuat konfransı keçirmişdir
18:25

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mayın 14-də ölkə ictimaiyyətini 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişi ilə daha yaxından tanış etmək məqsədilə növbəti həftəlik mətbuat konfransı keçirib. Mətbuat konfransında müxtəlif kütləvi informasiya vasitələrinin 40-dək nümayəndəsi iştirak edib.

M.Abbaszadə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun gedişi, mayın 23-də keçşiriləcək rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanı, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turların keçirilməsi, Rusiya Federasiyası ali təhsil müəssisələrinə mayın 15-də keçiriləcək qəbul imtahanı, sınaq imtahanları, Komissiya tərəfindən Botanika fənni üzrə vəsaitin nəşr olunması və digər zəruri məsələlərlə bağlı KİV nümayəndələrinə geniş məlumat verib.

M.Abbaszadə ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunun və tələbə qəbulu planının təsdiq olunaraq TQDK-ya təqdim olunduğunu və yaxın günlərdə Abituriyent” jurnalında dərc ediləcəyini bildirib.

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Ərizə qəbulu ilə bağlı 14 may 2010-cu il saat 10:00-a olan statistik məlumat
Cəmi Azərbaycan bölməsi Rus bölməsi
Elektron ərizə doldurub 71686 60380 11306
Elektron ərizəsini təsdiq etdirib 55312 44687 10625
O cümlədən qabiliyyət imtahan komissiyalarında qeydiyyatdan keçib 1900 1702 198

Sel və daşqınlara məruz qalmış yaşayış məntəqələrindəki abituriyentlərin ərizə qəbulu diqqətdə saxlanılır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası son günlər ölkə ərazisində sel və daşqınlara məruz qalmış yaşayış məntəqələrindəki Sənəd Qəbulu Komissiyaları ilə müntəzəm əlaqə saxlayır. Bununla əlaqədar bildiririk ki, sözügedən rayonlarda internetlə ərizə qəbulu prosesində, eləcə də Sənəd Qəbulu Komissiyalarının fəaliyyətində hər hansı çatışmazlıq müşahidə olunmamışdır. Sənəd qəbulu prosesi mayın 31-dək davam edir. Bu müddətin bitməsinə bir həftə qalmış həmin bölgələrdə sənəd qəbulunun gedişi araşdırılacaq və ehtiyac olarsa, lazımi xüsusi tədbirlər həyata keçiriləcək

“Fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində problem yaransa, səyyar sənəd qəbulu komissiyası yaradılacaq”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə belə deyib. Komissiya sədrinin sözlərinə görə, hələlik təbii fəlakət bölgəsindəki abituriyentlərin sənəd verməsində hər hansı çətinliyin yaranması ilə bağlı komissiyaya müraciət daxil olmayıb.

O bildirib ki, bu günə olan məlumata görə, Sabirabadda 236, Şirvanda 343, Salyanda 289, Zərdabda 103, Kürdəmirdə 249, İmişlidə 327 abituriyent elektron ərizəsini təsdiqləyib.

“Mayın 20-dən sonra həmin ərazilərdəki abituriyentlərin sənəd verməsi ilə bağlı hər hansı problem yaransa, səyyar sənəd qəbulu komissiyası yaradıb, çadır şəhərciklərinə gedəcəyik”, deyə TQDK sədri qeyd edib.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak etməlidirlər

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdiyi ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 31-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turlarda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə qeydiyyatdan keçməlidirlər. QİK-lər Bakı, Naxçıvan və Gəncə şəhərlərində fəaliyyət göstərir.

Mayın 16-da respublikanın 27 şəhərində sınaq imtahanı keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 16-da Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Neftçala, Lerik, Quba və Xaçmaz şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında növbəti sınaq imtahanı keçirir.
Bu imtahanlarda 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulur. Sınaq imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.

Tədbirin sonunda TQDK sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Kateqoriya: Tehsil | Baxılıb: 544 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016