TQDK sədri: “Dərslikləri redaktə etməklə heç kəsə pislik etmirik” - 3 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 3 » TQDK sədri: “Dərslikləri redaktə etməklə heç kəsə pislik etmirik”
TQDK sədri: “Dərslikləri redaktə etməklə heç kəsə pislik etmirik”
17:51

“Apreldə sınaq imtahanları keçirildikdən sonra bu ilki məzunların səviyyəsi barədə fikir söyləyə bilərik”.

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

M. Abbaszadə TQDK-nın ali məktəblərə qəbul üçün tələb olunan keçid ballarının aşağı salınmasının tərəfdarı olmadığını da söyləyib: “Biz həmişə ali məktəblərə elə uşaq göndərməyə çalışırıq ki, onlar orada təhsil ala bilsinlər. Təhsil ala bilməyənləri ali məktəbə göndərmək üçün keçid ballarını heç zaman aşağı sala bilmərik”.

İmtahanda heç kəsə güzəştin edilməsini düzgün saymayan M. Abbaszadə bir necə gün əvvəl bəzi dərsliklərdə səhvlərin olması ilə bağlı söylədiyi fikrə yenidən aydınlıq gətirib: “Mən qeyd etdim ki, müəyyən dərsliklərdə olan səhvləri aradan qaldırmaq üçün biz Təhsil Nazirliyi ilə birgə iş aparırıq. Bizim buraxdığımız vəsaitlər dərs vəsaiti kimi istifadə oluna bilər. Dərsliklərdə hələ aradan götürülməyən səhvlər bizim hazırladığımız vəsaitlərdə düzəldilib. Buna görə də biz abituriyentlərə məsləhət görürük ki, onlar həmin vəsaitlərdən istifadə etsinlər”.

TQDK-nın hər zaman yeni dərslikləri müzakirə etdiyini deyən M. Abbaszadənin fikrincə, bu, yalnız dərsliklərin keyfiyyətinin yüksəlməsinə kömək edir: “Dərsliklərdə həm elmi, həm də texniki səhvlər ola bilər. Biz onları oxuyuruq və çap edirik ki, həmin səhvlər abituriyentlərin imtahan göstəricilərinə mənfi təsir göstərməsin. Təhsil Nazirliyi də bizim fikirlərimizlə razıdır. Biz hər il bu dərsliklər redaktə etməklə heç kəsə pislik etmirik. Məncə, bu, ümumi işə xeyir verir, dərsliklərin keyfiyyətinin qaldırır”.

Təhsil naziri Misir Mərdanov isə dərsliklərdə bəzi problemlərin olması fikri ilə razılaşıb və bunu aradan qaldırmaq üçün iş apardıqlarını söyləyib.

Kateqoriya: Tehsil | Baxılıb: 305 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016