TQDK Rusiya Federasiyası ali təhsil müəssisələrində tələbə qəbulu elan edir - 11 Мая 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » May » 11 » TQDK Rusiya Federasiyası ali təhsil müəssisələrində tələbə qəbulu elan edir
TQDK Rusiya Federasiyası ali təhsil müəssisələrində tələbə qəbulu elan edir
11:59

TQDK 2011/2012-ci tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir

Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17). Qeydiyyat 2011-ci il may ayının 11-dən 18-dək hər gün ( bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.
İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 və daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
1) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün SQK-da təsdiq olunmuş “Elektron ərizə”nin surətini;
2) Orta təhsil haqqında sənədin əslini (2011-ci ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
3) Şəxsiyyət vəsiqəsini;
4) Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;
5) Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayışı.
Müsabiqə iki mərhələdən ibarətdir.
I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.
Test imtahanı 2011-cu il mayın 21-də keçiriləcək. Abituriyentlərə “İmtahana buraxılış vərəqəsi” 19 və 20 may tarixlərində veriləcəkdir.
Test imtahanı nəticəsində I ixtisas qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2011-ci il mayın 23-də keçiriləcək.
Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək.
Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar.
Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Ali təhsil müəssisəsi göstərilməyən tibb və rabitə ixtisaslarında oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.

N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinə qəbul olunmaq üçün seçilmiş namizədlər əlavə olaraq həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi tarixlərdə ali təhsil müəssisəsində keçiriləcək qəbul imtahanlarında iştirak etməlidirlər.

Rusiya Federasiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər aşağıda göstərilən sənədləri hazırlayacaqlar:
1. Milli pasport;
2. RF ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan əldə etmək olar);
3. Orta təhsil haqqında sənədin əslini (2011-ci ilin məzunları I yarımillik üçün qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);
4. Tibbi arayış;
5. 2 ədəd yeni cəkilmiş 3X4 sm ölçüdə fotoşəkil .
 Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir. RF ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunurlar.

Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.

Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.

Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların siyahısı, plan yerləri və s. məlumatları TQDK-nın internet saytından (www.tqdk.gov.az) əldə etmək olar.
Qeyd: Qeyri-tibb ixiisaslarında mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil müddəti 5 ildir.

Kateqoriya: Tehsil | Baxılıb: 1110 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016