TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir - 27 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 27 » TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir
TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir
20:22

İmtahanda iştirak etmək üçün 30671 abituriyent ərizə təqdim edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avqustun 29-da cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 30671 abituriyent ərizə təqdim edib.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “Abituriyentin vəsiqəsi”ni elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından 25, 26, 27 və 28 avqust tarixlərində saat 10:00-dan 17:00-dək əldə edə bilər.

Bu tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 623 ixtisas üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9576 plan yerindən 8539-u Azərbaycan bölməsinə, 242 yer rus bölməsinə, 795 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.

Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Quba şəhərlərində 56 binada keçirilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 14:00-da başlanır.

Bakı şəhərində 13962, Sumqayıtda 2169, Naxçıvanda 906, Gəncədə 3884, Lənkəranda 1667, Mingəçevirdə 1111, Şəkidə 1493, Şirvanda 1555, Ağcabədidə786, Göyçayda 1584, Qubada 1554 abituriyent imtahan verəcək.

1881 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 231 imtahan rəhbəri cəlb olunub. Bu imtahanlara nəzareətçi qismində müvafiq bölgələrin müəllimləri ilə yanaşı, ətraf bölgələrdən olan qabaqcıl müəllimlər də cəlb olunub.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcək. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dil fənnindən də imtahan verəcək. Həmin abituriyentlərə Azərbaycan dilindən 5, rus dilindən isə 10 sual təqdim olunacaq.

İmtahanın nəticələri sentyabrın 5-dək TQDK-nın internet saytında yerləşdiriləcək, qəbul olanların siyahısı “Abituriyent” jurnalında dərc olunacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 528 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016