TQDK-dan narazılıq dolu açıqlama - 16 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 16 » TQDK-dan narazılıq dolu açıqlama
TQDK-dan narazılıq dolu açıqlama
17:14

Dövlət Komissiyası KİV-də səsləndirilən ittihamları cavablandırıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azadlıq” qəzetinin 15 avqust 2010-cu il sayında “Tələbə qəbulunda müəmma” başlığı ilə dərc olunan xəbərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki: “Qəzetin həmin sayında “Tələbə qəbulunda müəmma” başlığı ilə dərc olunan bir yazıda guya vətəndaşların TQDK-nın fəaliyyətindən narazılıq etdiyi qeyd olunur və buna dair iki nümunə göstərilir: “İlk öncə ali məktəblərə qəbul imtahanı zamanı yaranan texniki problemlər, daha sonra isə tələbə adını qazanmış abituriyentlərin daxil olduqları təhsil müəssisələrinə yerləşdirilməsi prosesində şəffaflığın qorunmaması narazılıq yaradan məsələlərdir””.

“Bu ilki qəbul imtahanlarının təşkilində, gedişi prosesində heç bir texniki problem ortaya çıxmayıb və bunun ən birinci və ən yaxşı şahidi imtahanlarda iştirak edən 100 mindən artıq abituriyentdir”,-deyə dərc olunmuş materiala cavab olaraq açıqlamada göstərilib.

Komissiyanın açıqlamasında digər bir məqama da aydınlıq gətirilib. Belə ki, qəzetdə Tibb Universitetinin “Müalicə işi” ixtisasına ödənişsiz əsaslarla təhsil üzrə ayrılan yerlərin sayı və bu ixtisasa ödənişsiz əsaslara qəbul olunanların sayı ilə bağlı uyğunsuzluğa da toxunularaq bildirilir ki, Tibb Universitetinin “Müalicə işi” ixtisasına dövlət sifarişi əsasında (ödənişsiz əsaslarla) qəbul olanların sayı 135 nəfər olub. Müsabiqənin nəticələrinə əsasən qəbul planı tamamilə dolub, yəni 123 nəfər Azərbaycan bölməsinə, 12 nəfər rus bölməsinə qəbul olub.

Kateqoriya: Tehsil | Baxılıb: 328 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016