TQDK aprelin 3-də sınaq imtahanı keçirəcək - 2 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 2 » TQDK aprelin 3-də sınaq imtahanı keçirəcək
TQDK aprelin 3-də sınaq imtahanı keçirəcək
12:02

TQDK aprelin 3-də respublikanın 18 şəhərində sınaq imtahanı keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il aprelin 3-dən başlayaraq abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçirəcək.

İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 35 binada keçirilir.
Bu imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə martın 16-dan aparılmış və 31468 abituriyent qeydiyyatdan keçib.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!

Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək.
Sınaq imtahanlarının başlıca cəhətlərindən biri də onun ali təhsil müəssisələrinə qəbul imtahanlarının metod və texnologiyalarına tamamilə uyğun keçirilməsidir. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Növbəti sınaq imtahanı aprelin 10-da keçiriləcək və hazırda həmin imtahana yazılış davam edir. Qeyd edək ki, aprel ayının 3-də və 10-da sınaq imtahanı iştirakçılarına eyni test kitabçası təqdim olunacaq.

Sınaq imtahanlarının növbəti həftələrdə də keçirilməsi nəzərdə tutulur. Bu imtahanların tarixi, keçiriləcəyi bölgələrin siyahısı müntəzəm olaraq TQDK-nın internet səhifəsində yerləşdiriləcək.

Kateqoriya: Tehsil | Baxılıb: 701 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016