Təhsil Nazirliyinin rəsmisi valideynləri əmin edir - 16 Июня 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyun » 16 » Təhsil Nazirliyinin rəsmisi valideynləri əmin edir
Təhsil Nazirliyinin rəsmisi valideynləri əmin edir
18:12

Təranə Hacıyeva: “Hər valideyn əmin ola bilər ki, onun övladı hamı üçün yaradılan şəraitdən bərabər şəkildə yararlanaraq imtahan verir və biliyinə uyğun qiymət alır”

Regionlarda orta məktəblərin buraxılış siniflərinin şagirdləri üçün keçirilmiş imtahanların nəticələri göstərir ki, builki nəticələr əvvəlki illərdən təxminən 15 faiz yüksəkdir.

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri Təranə Hacıyeva jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, şagirdlərin əvvəlki illərlə müqayisədə daha yaxşı nəticə göstərə bilməsi imtahanın təşkilində aparılan yeniliklərin bəhrəsidir: “Biz imtahanın məzmununda heç bir dəyişiklik etməmişik. Lakin imtahanın təşkili ilə bağlı bəzi nəzarət tədbirləri var ki, onlar da valideynlərin bu imtahanları müşahidə etməsi üçün yaradılan şəraitlə əlaqədardır. Məsələn, Valideyn-Müəllim Assosiasiyanın üzvlərinin buraxılış imtahanlarına nəzarət etməsi, imtahan mərkəzlərində olması, şagirdlərin necə imtahan verməsini izləmələri və digər valideynlərində bu barədə məlumatlandırılması imtahanın gedişinə çox müsbət təsir edir. Artıq hər valideyn əmin ola bilər ki, onun övladı hamı üçün yaradılan şəraitdən bərabər şəkildə yararlanaraq imtahan verir və biliyinə uyğun qiymət alır”.

İmtahan nəticələrinin nə vaxt elan olunacağına gəlincə, Təranə Hacıyeva bunun yaxın bir həftəyə mümkün olacağını deyib. Şöbə müdiri bildirib ki, iyunun 18-də 9-cu siniflər üzrə keçiriləcək imtahanla builki imtahan mövsümünə yekun vurulacaq. Bundan bir neçə gün sonra isə respublika üzrə 9 və 11-ci sinif şagirdlərinin imtahan nəticələri elan olunacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 437 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016