Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2010-cu ilin may ayında 958 müraciət daxil olub. - 8 Июня 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyun » 8 » Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2010-cu ilin may ayında 958 müraciət daxil olub.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2010-cu ilin may ayında 958 müraciət daxil olub.
16:29

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin may ayında 958 müraciət daxil olub.

Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilərək qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb.
Qeyd edək ki, may ayında ano­nim­ və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qə­bulu, Respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, ke­çirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə kö­çürülməsi qaydaları ilə əlaqədardır. Hə­min müraciətlər ümumi sor­ğu­ların 80 faizindən çoxunu təşkil edir. Digər sor­ğular isə ümumtəhsil məktəbi şa­gird­lərinin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haq­qı­nın he­sab­lan­ması qay­da­ları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub.
Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs edən müraciətlər əsasında araşdırmalar apa­rıl­ıb, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata ke­çi­­ril­ib.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı mü­ra­­ciətlərin böyük əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Min­­gə­çevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda Ağ­daş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax­ ra­yonları üzrə müraciətlər qeydə alı­nıb. Müraciətlərdə ümumtəhsil müəs­sisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində ça­tış­mazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər mə­sələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araş­dı­rıl­araq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 saylı Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru R.Orucovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru N.Mədətxanov isə tutduğu vəzifəsindən azad edilib.
Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 saylı məktəblərində yaranmış vəziyyətlə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara və s. görə 18 saylı məktəbin müəllimi M.Abdullayevaya, 45 saylı məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət verilib, 113 saylı məktəbin rəhbərliyinə ciddi irad tutulub. Eyni zamanda 143 saylı məktəbin 6-cı sinif rəhbərlərinə töhmət elan olunub və 179 saylı məktəbdə 5d sinif rəhbərinə xəbərdarlıq edilib.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında 146 saylı məktəbin direktoruna işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.

Kateqoriya: Tehsil | Baxılıb: 414 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016