Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib - 1 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 1 » Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib
Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib
12:38

Narazılıq şagirdlərin attestat ala bilməməsi ilə bağlıdır

Dünən orta məktəb şagirdlərinin attestat almaq üçün imtahanların yoxlanılması ilə əlaqədar appelyasiya başa çatdı. Lakin bir çox şagirdlər prosesin gedişindən narazıdır. Məsələ ilə əlaqədar bir qrup şagird dünən Təhsil Nazirliyinin qarşısında aksiya keçirib. Aksiya ilə əlaqədar ANS PRESS-ə məlumat bildirən şagird Kamran Babayev şagirdlərin narazılığını attestat ala bilməməsi və attestat üçün onlardan pul tələb olunması ilə bağlı olduğunu vurğuladı. Digər şikayətçi Rəsul Məmmədov şəhid ailəsi olmalarına baxmayaraq oğlunun attestat ala bilmədiyini qeyd etdi. Başqa şikayətçilər isə attestata görə onlardan rüşvət tələb olunduğunu bildirdilər.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Təhsil Nazirliyinin monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov ANS PRESS-ə açıqlamasında attestata görə rüşvət tələb edilməsinin yalnız iddia olduğunu bildirdi. “Attestatların verilməsinə pul tələb olunması məsələsi iddia olaraq qalır. Yəni kim onlardan attestata görə pul istəyirsə, buyursunlar, gəlib bizə bildirsinlər. Təhsil Nazirliyinin qaynar xətti var, konkret şikayəti olanlar ora müraciət edə bilər” söyləyən Ceyhun Məmmədov deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi.

Attestat alması üçün güzəştlərə gəlincə, Ceyhun Məmmədov bundan şəhid ailələri, müharibə iştirakçıları, həqiqi fiziki qüsuru olan uşaqlar, əlillik dərəcəsi olanların yararlana bildiyini dedi.

Ümumiyyətlə imtahandan azad olma xüsusi qaydalarla tənzimlənir. Orta təhsil ocaqlarında sinifdən-sinifə keçmə, buraxılış, dövlət və qəbul imtahanlarından beynəlxalq olimpiada, respublika olimpiada qalibləri, ilk üç yaxşı nəticə əldə edənlər, digər beynəlxalq musiqi müsabiqələrinin qalibləri azad olunur. Şagird imtahandan azad olunduğu zaman, onun orta illik qiymətləri attestatına yazılır. Bundan başqa digər güzəştlər nəzərdə tutulmayıb.

Ceyhun Məmmədov belə insanların sənədlərinin 276 saylı məktəbdə qəbul edildiyini vurğuladı. Güzəşt dedikdə, əsasən şagird hər hansı bir fəndən kəsilibsə, gələn il gəlib yalnız həmin fəndən yenidən imtahan verməsinə şərait yaranacağı deməkdir. Bu zaman digər fənlərdən alınan qiymətlər isə gələn il də məqbul sayılır. Bunun üçün həmin şəxs növbəti tədris ilində aprel ayının birindən 22-nə qədər oxuduğu məktəbə ərizə ilə müraciət edir, bunun əsasında yenidən imtahan vermək hüququ qazanır.

“Bizdə qaydalara görə imtahandan kəsilən şagirdlərin apelyasiya komissiyası nəticələr elan olunduqdan sonra bir həftə müddətində fəaliyyət göstərir. Bu müddət sona çatsa da, biz valideynlərin xahişlərini nəzərə alıb, fərdi qaydada müraciətlərə baxırıq. Lakin bu gün artıq sonuncu gündür. Bu gündən etibarən apelyasiya komissiyası artıq öz fəaliyyətini dayandıracaq. İndiyə kimi müraciət olunmuş ərizə və şikayətlər araşdırılıb. Hansı ki, şagirdə güzəşt düşür, yaxud yazarkən cavab kartında səhvə yol verib, bu kimi müraciətlərə müsbət cavab verilib” söyləyən nazirlik rəsmisi bu gündən sonra heç bir şikayətə baxılmayacağını bildirdi.

Kateqoriya: Tehsil | Baxılıb: 485 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016