Təhsil Nazirliyinə Azərbaycanın üç özəl məktəbi barəsində şikayət daxil olub - 18 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 18 » Təhsil Nazirliyinə Azərbaycanın üç özəl məktəbi barəsində şikayət daxil olub
Təhsil Nazirliyinə Azərbaycanın üç özəl məktəbi barəsində şikayət daxil olub
16:51

Bu ilin yanvar və fevral aylarında Təhsil Nazirliyinə daxil olmuş müraciətlərə baxılması vəziyyəti ilə bağlı iclas keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanov bildirib ki, “Qaynar xətt” xidməti tərəfindən yanvar və fevralda 3017 müraciət qəbul edilib. Nazir deyib ki, ümumtəhsil məktəblərində IX və XI siniflərdə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi, özəl ali məktəblərdə dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması, təhsil müəssisələrində adambaşına maliyyələşməyə keçilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı müraciətlər çoxluq təşkil edib. Ümumi müraciətlərin 10 faizi şikayət xarakterli olub.
Nazir qış imtahan sessiyası dövründə ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilmiş 200-dən çox müraciətin 69-da şikayət və nöqsanlardan bəhs olunduğunu vurğulayıb. M. Mərdanov imtahan sessiyasının gedişi ilə əlaqədar Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Tibb, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Azərbaycan Dillər, Sumqayıt Dövlət universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələrin daha çox apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş etdiklərini nəzərə çatdırıb.
Təhsil naziri özəl ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərin isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti, Bakı Biznes Universiteti və Qafqaz Universiteti ilə bağlı olduğunu söyləyib. Nazir bu müraciətlərdə imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi, dövlət hesabına özəl ali təhsil müəssisəsində təhsil alan tələbələrə təqaüdlərin ödənilməsində yaranmış problemlərlə əlaqədar şikayətlərin öz əksini tapdığını qeyd edib. Misir Mərdanov orta ixtisas təhsili müəssisələri ilə əlaqədar Bakı Dövlət Sosial-İqtisadi, Bakı Dövlət Rabitə və Nəqliyyat, Ağcabədi Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərindən daxil olmuş müraciətlərdə imtahan qiymətlərindən narazılıq, tələbələrin imtahanlara buraxılmaması və digər məsələlərin əks olunduğunu diqqətə çatdırıb.

Kateqoriya: Tehsil | Baxılıb: 392 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016