Təhsil Nazirliyinə 1000-dən çox müraciət daxil olub - 26 Февраля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Fevral » 26 » Təhsil Nazirliyinə 1000-dən çox müraciət daxil olub
Təhsil Nazirliyinə 1000-dən çox müraciət daxil olub
19:57

Onların əksəriyyəti orta məktəblərin fəaliyyəti ilə bağlıdır

Bu ilin ilk iki ayı ərzində Təhsil Nazirliyinin “qaynar xətti”nə 1000-dən çox müraciət daxil olub. Onların əksəriyyəti orta məktəblərin fəaliyyəti ilə bağlıdır. “Qaynar xətt”in koordinatoru Ənvər İmanov bildirib ki, fevral ayından bu vaxta qədər 1447 müraciət daxil olub. Onlardan 8 faizi şikayət olub. Həmin şikayətlər əsasən ümumtəhsil məktəblərində forma satışı, müxtəlif tədris vəsaitlərin satışı olub: “6 məktəbdən isə 8 martla bağlı hədiyyələrın alınması və buna görə vəsaitlərin yığılması məsələsidir”.

Ənvər İmanovun əlavə edib ki, bu il əvvəlki illərdən fərqli olaraq ali məktəblərdə rüşvət faktı ilə bağlı heç bir müraciət daxil olmayıb. Bununla belə, ANS əməkdaşlarının ali məktəblərin qarşısında apardığı sorğular zamanı bir sıra tələbələr imtahan sessiyasında onlardan rüşvət istənildiyini deyibr. Amma həmin tələbələr bu ittihamı kamera qarşısında səsləndirməkdən imtina edib.

Ekspertlərin fikrincə, Təhsil Nazirliyinin “qaynar xətti”nə ali məktəblərdə rüşvətlə bağlı müraciətlərin olmaması da tələbələrin anonim qalmaq arzusu ilə izah olunur. Eyni zamanda ekspertlər ali məktəblərdə yeni imtahan metodikasının tətbiqini də qeyd edərək bunun rüşvətin qarşısında müəyyən dərəcədə sədd çəkdiyini deyirlər.

Qeyd edək ki, yeni sistemdə müəllimin imtahan prosesinə müdaxiləsi qeyri-mümkündür.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov semestrqabağı balların iki hissəyə bölündüyünü deyir, yəni tələbəyə 50 bal semestrdə, 50 bal imtahanda verilir: “Semestrqabağı yoxlamalar da müəllimin iştirakı olmadan orada aparılır. Tələbə sualları cavablandırır və təsdiq etdiyi qrupda formanı sıxan kimi kompüterdə tələbənin balı çıxır. Beləliklə də, tələbə hamıdan öncə öz balını öyrənə bilir”.

Qeyd edək ki, artıq ölkənin əksər dövlət ali məktəblərində bu sistem tətbiq olunur. Təhsil Nazirliyi ildən-ilə bu sistemin daha da genişləndirələcəyini və təkmilləşdiriləcəyini bəyan edir.

ANSPRESS

Kateqoriya: Tehsil | Baxılıb: 346 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016