Təhsil Nazirliyi aprelin 10-da ümumi orta və tam orta təhsil səviyyələri üzrə Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Nazirliyin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsindən APA-ya verilən məlumata görə, imtahan nəticələri http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Şagirdlər bu İnternet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər. Növbəti imtahanlar aprelin 17-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda olacaq.
|