Təhsil naziri yay imtahan sessiyası ilə bağlı əmr imzaladı - 5 Июня 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyun » 5 » Təhsil naziri yay imtahan sessiyası ilə bağlı əmr imzaladı
Təhsil naziri yay imtahan sessiyası ilə bağlı əmr imzaladı
15:29

Rektorlar və direktorlar sessiyadan sonra 10 gün ərzində Təhsil Nazirliyinə yekun hesabat verməlidir

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas məktəblərində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin edilməli, yarana biləcək neqativ halları aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

Təhsil Nazirliyindən bildiriblər ki, əmrdə rektorlara və direktorlara yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək tapşırılıb. Bunun üçün onlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "qaynar xətt"inə dərhal məlumat verilməlisini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər. İmtahanların gedişində baş verə biləcək nöqsanlara və hər cür neqativ hallara görə ali və orta ixtisas məktəblərinin rəhbərləri məsuliyyət daşıyacaq.

Nazirin əmrinə əsasən, neqativ hallarla bağlı daxil olan məlumatlar operativ araşdırılacaq və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlanacaq. Rektorlar yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməli olacaqlar.

Xatırladaq ki, yay imtahan sessiyası müddətində Təhsil Nazirliyində "qaynar xətt" də fəaliyyət göstərəcək. Belə ki, imtahanın gedişindən narazı qalan və ciddi pozuntularla üzləşən tələbələr və valideynlər 496-34-82 saylı telefonla nazirliyin məsul şəxslərinə müraciət edə, 496-37-61 saylı faksla və ya qaynarxett@edu.gov.az elektron poçt vasitəsilə məlumat göndərə bilər. Bundan başqa, yay imtahan sessiyasının monitorinqinə Təhsil Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupuna daxil olan QHT-lər və ictimaiyyət nümayəndələri cəlb ediləcək.

Əmrin icrasına nəzarəti təhsil naziri öz üzərinə götürür.

Kateqoriya: Tehsil | Baxılıb: 474 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016