Şəhid hərbçilər Fəxri Xiyabanda dəfn olundular - 7 Ноября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Noyabr » 7 » Şəhid hərbçilər Fəxri Xiyabanda dəfn olundular
Şəhid hərbçilər Fəxri Xiyabanda dəfn olundular
17:12

Cəbhə bölgəsində ermənilərin hücumlarını dəf edərkən şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədov ikinci Fəxri Xiyabanda dəfn olunublar.

ANS TV-nin məlumatına görə, mərasimdə müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, hərbçilər, ictimaii xadimlər və minlərlə sadə vətəndaş iştirak edib.

Mərasimdə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib. Yaylım atəşi açılıb. Dəfn mərasimindən sonra Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının şəxsi heyəti şəhidlərin məzarını ziyarət edib.

Qeyd edək ki, şəhid hərbçilərlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslər iştirak edib.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrası çərçivəsində ötən gün M. İbrahimov və F. Əhmədovun meyitləri Azərbaycana qaytarılıb.

Kateqoriya: Muxtelif | Baxılıb: 379 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016