Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər - 22 Мая 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » May » 22 » Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər
21:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il mayın 23-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində imtahan keçirir.

İmtahanda 11041 abituriyentin iştirakı nəzərdə tutulur: Bakı şəhərində 7648, Naxçıvanda 35, Gəncədə 1633, Sumqayıtda 584, Şəkidə 306, Lənkəranda 192, Qubada 643 nəfər.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 19-dan etibarən TQDK-nın internet saytına daxil olaraq çap edirlər.

İmtahan Bakı şəhərində 10, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahanın idarə olunması üçün 80 imtahan rəhbəri, 777 nəzarətçi-müəllim cəlb olunur.

İmtahan bütün şəhərlərdə eyni vaxtda: saat 14:00-da başlanır.

Qəbul qaydalarına uyğun olaraq mayın 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 2010-cu il mayın 14-nə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.

“Elektron ərizə”lərini SQK-da 2010-cu il mayın 14-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2010-cu il iyunun 20-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.

İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbulla” qiymət¬lən¬diri¬lir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.

Mayın 23-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlər 2010-cu il iyunun 20-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında təkrarən iştirak edə bilərlər.

Baxılıb: 489 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016