Qazax Rayonu - 4 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 4 » Qazax Rayonu
Qazax Rayonu
15:31

Bakı ilə arasında məsafə 470 km
Əhalisi 82500 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Bakı – Qazax avtobusları – 10 saat; Qatarla - Bakı – Qazax – 13 saat

İqtisadi rayon Gəncə-Qazax
Ərazi 699[1] km²
Əhali 87981 nəfər
Nəqliyyat vas. kodu 35
Telefon kodu 279
Poçt kodu (Mərkəzi PŞ) AZ 3500
Yaşayış məntəqələrinin sayı 34
İcra başçısı Rauf Hüseynov

Rayonun inzibati mərkəzi –Qazax şəhəri Respublikanın qərbində yerləşən iri şəhərlərdəndir. Qazax Azərbaycanın bir sıra istedadlı şair, alim, aşıqlarının vətənidir. Şairlərdən Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və başqaları bu diyarda doğulmuşdur. Port – Arturun müdafiəsinin iştirakçısı, məşhur general Əliağa Şıxlinski də Qazaxda anadan olmuşdur. Azərbaycanda ilk müəllimlər seminariyası 1918-ci ildə Qazaxda açılmışdır.
Qazaxda gözəl bir məscid, qədim lakin hələ də fəaliyyətdə olan hamamlar var. Şəhərdə bir neçə park, mədəniyyət evi, zəngin ekspozisiyalı muzey fəaliyyət göstərir. Buradakı atçılıq müəssisəsində məşhur diliboz cinsli atlar yetişdirilir. Qazax rayonunda yetişdirilmişdir.
Qazax həm də xalçaçılıq mərkəzlərindən biridir. Rayonun bir çox sakinləri hələ də bu ənənəvi xalq sənətini davam etdirir.
Qazax aşıqları bütün Azərbaycanda məşhurdur və hər yerdə onlara hörmət göstərilir. Baharın gəlişini bildirən Novruz bayramı ilə bvğlı bütün adətlər və mərasimlər Yuxarı Salahlı kəndində xüsusi qayğı ilə qorunub saxlanılır. Bu bayram günlərində oraya gələn qonaqlar indi də qədim dövrdcə olduğu kimi yazın əvvəlində gecə ilə gündüzün bərabərləşməsinin qeyd edilməsinin şahidi olurlar.

Harada qalmaq olar
Mehmanxana , otel «Palıd»

Harada nahar etmək olar
Şəhərdə «Qafqaz», «Akasiya», «Şahin», «Qarabağ», «Çənlibel», «Aysel» restoranları, «Elit», «Elsevər», «Nərgiz» kafeləri turistlərə öz yüksək səviyyəli xidmətini təklif edir.

Tarixi Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur.

XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır [Mənbə göstərin]. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir [Mənbə göstərin].

Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir [Mənbə göstərin].

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı [Mənbə göstərin].

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi. 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. [Mənbə göstərin] 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur.

1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır.

Coğrafi mövqeyiQazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 168 km məsafədə həmsərhəddir. Ərazisi - 701 kv.km-dir.

RelyefiTəbiətiSəthi əsasən düzənlikdir. Cənub hissəsi alçaq dağlıqdır (dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşir). Şimalda Qarayazı çöllüyü yerləşir. Rayonun mərkəzi hissəsindən Kür çayı keçir, İncəsu, Coğaz və Ağstafa çayları axır.

İqlimiMülayim qış və isti yay. Orta aylıq temperatur yanvarda 0-5оС, iyunda 18-25оС. Qış quraq keçir. İllik yağıntı 350-700 mm-dir.

İri yaşayış məntəqələriYaşayış məntəqələri - 1 şəhər (Qazax) və 34 kənd/qəsəbə: Xanlıqlar, Ağköynək, Qarapapaq, Daş Salahlı, Çaylı, Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli, Omarağalı.

Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım kəndləri erməni işğalı altındadır.

Əhalisi Əhalinin 23,7%-i şəhər əhalisi, 76,3%-i isə kənd əhalisidir. Rayonun ərazisində 6 851 məcburi köçkün məskunlaşmışdır. Əhalinin 99,8% azərbaycanlıdır

Görkəmli şəxsləri
Molla Vəli Vidadi
Molla Pənah Vaqif
Hacı Mahmud Əfəndi
Qaçaq Kərəm
Əliağa Şıxlinski
Səməd Vurğun
İsmayıl Şıxlı
İsa Hüseynov
Baba Mahmudoğlu
Ədalət Nəsibov
Sayad Bəy Zeynalov

İqtisadi xarakteristikasıRayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq təşkil edir. Əhali əsasən taxılçılıq, üzümçülük və bostan tərəvəzçiliyi ilə məşğul olur. Konserv zavodu, gil-mədən kombinatı, asfalt zavodu, ət kombinatı və şərab emalı zavodları rayon sənayesinin əsasını təşkil edir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələriQazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 1 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Maddi-mədəni irsiQazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.

Rayonun məşhur abidələri aşağıdakılardır:

1.Səməd Vurğunun Poeziya Evi — Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr 1976-cı ildə şairin anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır.
2.Tarix-Diyarşünaslıq muzeyi — 1984-cü ildə yaradılmışdır.
3.Qazax Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır.
4.Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi — 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmışdır.
5.Qazax Müəllimlər Seminariyasının binası — 1910-cu ildə inşa edilmişdir.
6.Damcılı mağarası — Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.
7.Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir.
8.Sınıq Körpü — Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır.
9.Didevan dağı — Xanlıqlar kəndi ərazisində yerləşir. VI-VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir.
10.Baba Dərviş yaşayış məskəni — Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var.
11.Cümə məscidi — Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur.
12.Alban Avey məbədi — Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V-VI əsrlərə aiddir.
13.Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.
14.Əskipara məbədi — Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V-VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.




Kateqoriya: Bolgeler | Baxılıb: 2161 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/2 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016