Qəbul qaydaları açıqlandı - 28 Февраля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Fevral » 28 » Qəbul qaydaları açıqlandı
Qəbul qaydaları açıqlandı
21:57

Açıq tipli test tapşırıqları olacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarını elan edib. Lent.az-ın verdiyi məlumata görə, bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında açıqlayıb.

Məleykə Abbaszadə deyib ki, ali məktəblərə qəbul qaydaları artıq “Abituriyent” jurnalının birinci sayında dərc olunub. Jurnalda ali təhsil müəssisələrinə, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə, hərbi liseylərə, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik təhsil - red.) qəbul proqramları verilib.

TQDK sədri bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu həmişəki kimi internet vasitəsi ilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə abituriyentin elektron ərizəsini dolduraraq müvafiq sənədləri TQDK tərəfindən yaradılmış sənəd qəbulu komissiyalarına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirməlidirlər.

Məleykə Abbaszadə qəbul qaydalarında ciddi bir yenilik olmadığını da əlavə edib. O qeyd edib ki, bu il ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda yeganə yenilik abituriyentlərə fənlər üzrə açıq testlər təqdim edilməsi ilə bağlı olacaq. Onun sözlərinə görə, TQDK 2011-ci il qəbul imtahanlarında açıq tipli test tapşırıqlarından istifadə etməyi razılaşdırır.

Lent.az

Kateqoriya: Tehsil | Baxılıb: 432 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016