Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulur.(FOTOLAR) - 8 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 8 » Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulur.(FOTOLAR)
Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulur.(FOTOLAR)
18:52

“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-ECONOMICS”ə verilən məlumata görə, bu münasibətlə aprelin 7-də su anbarının təməlqoyma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, şəhərin su və kanalizasiya sistemlərinin yenidənqurulması “Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı”nın tərkib hissəsidir. O, layihənin icrasının rayon əhalisinin içməli suya olan tələbatının tam ödənilməsinə və regionda turizmin inkişafına gətirib çıxaracağını söyləyib.

“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bütün şəhər və rayon mərkəzlərində su və kanalizasiya sistemlərinin yenidən qurulacağını, əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunacağını Qəbələ sakinlərinin diqqətinə çatdırıb.

“Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə suqəbuledici kompleks, o cümlədən 6 ədəd subartezian quyusunun qazılması, hər birinin tutumu 1000 kub metr olan 2 ədəd su anbarının inşası, 16 km uzunluğunda boru xəttinin çəkilişi, xlorator qurğusu və laboratoriya binasının inşası daxil edilib. Birinci mərhələdə nəzərdə tutulan işlər 2012-ci ilin sonunda başa çatdırılacaq. İkinci mərhələdə isə Qəbələ şəhərində 4 ədəd su anbarının, çirkab sutəmizləyici qurğunun tikintisi, eləcə də su və kanalizasiya şəbəkəsinin yenidənqurulması planlaşdırılır” - deyə İ.Tağıyev qeyd edib.

Rayon ictimaiyyətinin nümayəndələri bu qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması Dünya Bankının Azərbaycan hökuməti ilə birlikdə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilir.




Kateqoriya: Bolgeler | Baxılıb: 648 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016