Paytaxt məktəblərində IV və V sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq - 19 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 19 » Paytaxt məktəblərində IV və V sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq
Paytaxt məktəblərində IV və V sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq
09:44

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) may ayının əvvəlində paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq üçün monitorinqlərə başlayacaq.

İdarənin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev APA-ya bildirib ki, monitorinqin aparılması üçün IV siniflərin seçilməsinin əsas səbəbi bu siniflərin təhsilin bir pilləsindən digər pilləsinə keçməsidir: “Monitorinqini apardığımız beşinci sinif şagirdlərinin bilik səviyyəsi ötən il onlar dördüncü sinifdə oxuyarkən qiymətləndirilib. Onlar artıq bir təhsil pilləsindən digər təhsil pilləsinə keçiblər. İndi isə müəyyənləşdirmək lazımdır ki, bir təhsilin pilləsini bitirən bu şagirdlər digər təhsil pilləsində hansı müvəffəqiyyətlə oxuyurlar”.

B. Nəbiyev deyib ki, monitorinqin nəticələri əsasında müvafiq təkliflər hazırlanacaq: “İbtidai siniflərdə şagirdlə 1-2 müəllim ünsiyyətdə olursa, beşinci siniflərdə onlara ayrı-ayrı fənn müəllimləri dərs keçir. Təhsilin bir səviyyəsindən digərinə keçid zamanı bir sıra hallarda müəllimlərin düzgün seçilməməsi, şagirdlərə daha yüksək ixtisaslı müəllimlərin dərs keçməməsi bir sıra problemlər yaradır. Bu kimi problemlərin həlli məqsədilə keçiriləcək yoxlamalardan sonra həm zəif oxuyan uşaqların inkişaf etdirilməsi, həm də ən yaxşı oxuyan şagirdlərin istedadının inkişafı ilə bağlı da tədbirlər görüləcək”.

B. Nəbiyev bu prosesin əhatə dairəsinin genişlənəcəyini, monitorinqin getdikcə bütün sinifləri əhatə edəcəyini də söyləyib.

Kateqoriya: Tehsil | Baxılıb: 336 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016