Oruc tutanlara olar-olmazlar? - 16 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 16 » Oruc tutanlara olar-olmazlar?
Oruc tutanlara olar-olmazlar?
17:35

Bu və sizi maraqlandıran digər suallara cavablar

1. İynə vurdurmaq və dərman qəbul etmək orucu pozurmu?

- Bu hər il bir çoxlarını maraqlandıran məsələdir. Ramazan ayında vitamini əvəz edən iynələr vurdurmaq olar. Dərmanlara gəldikdə isə onları yalnız ya imsakdan əvvəl və ya iftardan sonra qəbul etmək lazımdır.

2. Oruc tutarkən qan verdirmək olarmı?

- Bəli, oruc ikən qan verə bilərsiniz. Lakin bədəni zəiflədən işlər oruc halında bəyənilmədiyindən yaxşı olar ki, başqa vaxtda verilsin. Zərurət yarandıqda isə oruc olmanıza baxmayaraq, qan verə bilərsiniz.

3. Cərrahiyyə əməliyyatı zamanı istifadə olunan narkozlar orucu pozurmu?

- İnsanın huşunu süni və ya təbii yollla itirməsi orucu pozmur. Narkoza gəldikdə isə oruc bu halda huşun aradan getməsi üzündən deyil, onu pozan gücləndirici və vitamin tərkibli iynələr vurulduğu üçün pozulur. Yox, əgər bu kimi iynələr vurulmazsa, onda əməliyyat axşamı niyyət edib narkozla əməliyyata girmək olar.
Niyyət etmədikdə əgər günorta namazına qədər narkozdan oyanılar və orucu pozan hər hansı bir iş görülməzsə, niyyət edib orucu tutmaq olar.

4.Susuzluğu dəf edə biləcəyim qədər su içə bilərəmmi?

- Xeyr, taqətiniz olmasa da dözməli olacaqsınız. Allah səbirli olanları sevir. Su və ya qidadan yalnız o zaman istifadə etmək olar ki, insanın canı ölüm təhlükəsi ilə üzləşməli olsun.

5. Ramazan ayının sonu yaxınlaşdıqca bayramın hansı günə təsadüf etməsi ilə əlaqədar müxtəlif fikirlər səslənir. Astronomların hesablama yolu ilə verdikləri xəbərə istinad etmək olarmı?

- Bəli, astronomların verdikləri xəbərlərə istinad etmək olar. Təzə ayı teleskop və müxtəlif cihazlarla müşahidə olunmasına icazə verilir.

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 382 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016