Mundialın ən yaxşı futbolçusu seçildi - 12 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 12 » Mundialın ən yaxşı futbolçusu seçildi
Mundialın ən yaxşı futbolçusu seçildi
19:38

Futbol üzrə dünya çempionatının ən yaxşı futbolçusu Uruqvay millisinin və Madridin “Atletiko” klubunun hücumçusu Dieqo Forlan seçilib.

Uruqvay yığma komandasının hücumçusu Dieqo Forlan Dünya Çempionatı-2010-nun ən yaxşı futbolçusu seçilib. Futbolçu “Qızıl top” mükafatına layiq görülüb.

31 yaşlı futbolçu dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin jurnalistlərinin səsverməsi nəticəsində bu şərəfə layiq görülüb. Səsverənlərin 23,4 faizi Dieqo Forlanı bu ada layiq görüblər. Mundialın ən yaxşı futbolçusu nominasiyasında ikinci yerdə hollandiyalı Uesli Sneyder, üçüncü yerdə isə ispaniyalı David Vilya yer alıb.

Xatırladaq ki, Dieqo Forlan mundialda 5 qol vuraraq, bir məhsuldar ötürmə verməklə yadda qalmışdı.
Forlan Uruqvayın oyunlarında 5 qol vurub.

Qeyd edək ki, ən yaxşı oyunçu adına ispaniyalılar Andres İnyesta, Xavi, David Vilya, hollandlar Uesli Sneyder, Aryen Robben, alman Bastian Şvaynştayqer və Almaniyanın türk əsilli ulduzu Məsud Özil, argentinalı Lionel Messi və Qananın hücumçusu Asamoa Qyan namizəd idilər.

“Qızıl butsa” mükafatını Almaniyanın oyunçusu Tomas Müller alıb.O, Dünya Çempionatının ən yaxşı bombardiridir O, həm də çempionatın ən yaxşı gənc oyunçusu seçilib.“Bavariya” klubunun və Almanya millisinin yarımmüdafiəçisi Dünya Çempionatının ən yaxşı bombardirinə təqdim edilən “Qızıl buts” mükafatını qazanıb.

2010-cu ilin Dünya Çempionatında Diyeqo Forlan (Uruqvay), David Vilya (İspaniya), Uesli Sneyder (Hollandiya) və Tomas Müller hərəyə beş qol vurublar. Lakin alman futbolçu məhsuldar ötürmələrə görə də liderdir. O, üç məhsuldar ötürməyə müəlliflik edib. İkinci mükafat David Vilyaya qismət olub. O, meydanda daha az dəqiqə keçirib.

“Qızıl əlcək” mükafatı İspaniyanın qapıçısı İker Kasilyasa verilib. Kasilyas pley-off mərhələsində bir top belə buraxmayıb. İspaniya yığma komandasının qapıçısı İker Kasilyas üçün CAR-da keçirilən mundial iki hadisəyə görə əlamətdar olub. Qapıçı yığma komanda ilə dünya çempionu olmaqla yanaşı, mundialın ən yaxşı qolkiperi üçün ayrılmış “qızıl əlcək” mükafatına da sahib çıxıb.

Kasilyas Dünya Çempionatı-2010-da iştirak etdiyi 7 qarşılaşmada cəmi iki dəfə qapısında qol görüb.

Xatırladaq ki, Dünya çempionatlarının ən yaxşı qapıçısı üçün nəzərdə tutulmuş “qızı əlcək” mükafatı SSRİ-nin əfsanəvi qolkiperi Lev Yaşinin adınadır.

Kateqoriya: Idman | Baxılıb: 435 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016