Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Avqust » 18 » Müəllimlərin işə qəbulu başlayır
Müəllimlərin işə qəbulu başlayır
16:57

Vakant müəllim vəzifələrinə ərizə qəbulu avqustun 20-də başlayır və bir həftə davam edəcək

Təhsil Nazirliyi bu həftənin sonunda ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin siyahısını açıqlayacaq. Vakant yerlərə ərizələrin qəbulu isə avqustun 20-dən başlayacaq və bir həftə davam edəcək.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il ilk dəfə olaraq, orta məktəblərdə çalışacaq müəllimlərin işə qəbulu test üsulu ilə aparılacaq. Müəllimlərin işə qəbulunun birinci mərhələsini təşkil edən test imtahanı sentyabrın ilk həftəsində keçiriləcək. Test imtahanında 100 sualdan 80-nə düzgün cavab verənlər ikinci mərhələyə buraxılır. İkinci mərhələdə isə müəllimlərin nəzəri deyil, fərdi keyfiyyətləri, təşkilatçılıq qabiliyyətləri qiymətləndiriləcək. Müəllimlərinin işə qəbulu haqda ətraflı məlumat avqustun 20-dən sonra Nazirliyin rəsmi veb-səhifəsində yerləşdiriləcək.

Nazirlikdə bildirirlər ki, hazırda ölkə ərazisində 300-ə yaxın müəllimə ehtiyac var. Bunun 200 nəfəri Bakıdadır. Bu il Bakıda informatika, bədən tərbiyəsi və hərbi hazırlıq, regionlarda isə riyaziyyat, fizika, kimya fənni üzrə müəllimlərə ehtiyac var. Bu il həmçinin ucqar kəndlərə 1000-ə yaxın müəllim göndəriləcək.

Xatırladaq ki, ötən il Təhsil Nazirliyi 2009/2010-cu tədris ilində ümumtəhsil məktəblərində 365 boş yer üzrə müsabiqə keçirmişdi. Bu müsabiqədə iştirak üçün 1044 işaxtaran müəllim ərizə verib. Lakin onlardan cəmi 284 nəfəri vakant vəzifələrə qəbul edilib, 81 yer isə boş qalıb.

Kateqoriya: Tehsil | Baxılıb: 1086 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024