Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2544

Başlıq » 2011 » Aprel » 30 » Moskvada orta məktəbə azərbaycanlı Kərim Kərimovun adının verilməsi ilə bağlı tədbir keçirilib
Moskvada orta məktəbə azərbaycanlı Kərim Kərimovun adının verilməsi ilə bağlı tədbir keçirilib
10:16

Rusiyanın paytaxtında yerləşən 157 nömrəli Azərbaycan etnomədəni təmayüllü məktəbə Sovet kosmik sənayesinin inkişafında böyük xidmətləri olan azərbaycanlı Kərim Kərimovun adının verilməsi münasibəti ilə tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məktəbdə keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyəti səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlıları konqresinin vitse-prezidenti Eldar Quliyev, Moskva meriyasının nümayəndələri iştirak ediblər. Kərim Kərimovun adını daşıyan nəvəsi məktəbin foyesində babasının şərəfinə qoyulmuş büstün lentini kəsib. O, babasının ruhuna hörmətlə yanaşan Azərbaycan xalqına təşəkkürünü bildirib: “Babam uzun zaman Moskvada yaşamasına baxmayaraq ürəyi Azərbaycanla döyünüb. Bu gün bu məktəbə Kərim Kərimovun adının verilməsini onun keçdiyi həyat yoluna verilən qiymət kimi dəyərləndirirəm”.

Səfir Polad Bülbüloğlu Moskvada yerləşən məktəbə Kərim Kərimovun adının verilməsinin mühüm hadisə olduğunu söyləyib. Diplomat məktəbin müəllim və şagirdlərinin bu adı qoruyub saxlayacağına əmin olduğunu bildirib.

Məktəbin direktoru Aida Quliyeva Rusiya hökumət dairələrinə məktəbə belə yüksək qiymət verdiklərinə görə təşəkkürünü bildirib. O, Kərim Kərimovun adının 157 nömrəli məktəbə verilməsini Rusiya-Azərbaycan dostluq münasibətlərinə daha da müsbət təsir göstərəcəyini söyləyib.

Kateqoriya: Tehsil | Baxılıb: 352 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2017