Misir Mərdanov: “Şagirdlərin müəllimi təbrik etməsində qəbahət yoxdur” - 3 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 3 » Misir Mərdanov: “Şagirdlərin müəllimi təbrik etməsində qəbahət yoxdur”
Misir Mərdanov: “Şagirdlərin müəllimi təbrik etməsində qəbahət yoxdur”
17:35

Təhsil naziri məktəblərdə hər hansı ad altında şagirdlərdən pul yığılmasının əleyhinə olduğunu deyib.

“8 Mmart – Qadınlar bayramı münasibətilə qadın müəllimləri təbrik edənlərin qabağını kəsməməliyik”. Təhsil naziri Misir Mərdanov 8 mart bayramı ərəfəsində məktəblərdə şagirdlərdən pul yığılmasına münasibət bildirərkən belə deyib.

Onun fikrincə, hər kəs öz müəlliməsini arzu və istəyinə uyğun olaraq bu və ya digər şəkildə təbrik edə, hədiyyə ala bilər. Bununla belə, nazir bildirib ki, istər 8 Mart bayramı ərəfəsində, istərsə də digər bayramlarda məktəblərdən pul yığılması təhsil sisteminə zərbə vurmamalı, müəllim nüfuzuna xələl gətirməməlidir: “Mən məktəblərdə hər hansı ad altında şagirdlərdən, valideynlərdən pul yığılmasının əleyhinəyəm. Bununla belə, kimsə öz müəllimini təbrik etmək istəyirsə, burada da qəbahət yoxdur. Yəni, belə hallar təhsilin, müəllimin, məktəbin nüfuzuna xələl gətirməməlidir”.

Bayram Hüseynzadə: “Müəllimi təbrik etmək üçün pul yığmaq tərbiyəsizlikdir”

"Müəllimlərin bayramlarda, xüsusən xanım müəllimlərin 8 Mart Beynəlxalq Qadınlar Günündə təbrik edilməsi heç bir qəbahət yoxdur" . Bunu ANS PRESS-ə açıqlamasında Təhsil Nazirliynin mətbuat katibi Bayram Hüseynzadə deyib.

“Düşünürəm ki, bu, rüşvət kimi qəbul edilməməlidir. Cənab nazir Misir Mərdanov da açıqlamasında bunun qəbahət olmadığını bildirib. Kimsə hədiyyə ala bilər. Amma kimsə direktor üçün, hansısa məsul şəxs üçün şagirdlərdən pul yığırsa, bu əlbəttə ki yolverilməzdir. Ümumiyyətlə, müəllimi təbrik etmək üçün pul yığmaq tərbiyəsizlik və əxlaq normalarına sığmayan haldır".

"Yenə də deyirəm, əgər hansısa müəllimə diqqət göstərilirsə, bu, rüşvət kimi başa düşülməməlidir. Bu müəllimin təhqir olunması deməkdir. Bu gün Azərbaycan müəllimini təbrik etmək istəyən varsa, bunu müəyyən əndazədə çərçivəsində edə bilər”, -deyə Bayram Hüseynzadə əlavə edib.

Nazirliyin rəsmisinin sözlərinə görə, bəzən məktəb direktorlarının xəbəri olmadan sinif rəhbərlərinin onlar üçün şagirdlərdən pul yığması kimi hallar olur: "Bəzən də şagirdlərin öz aralarında müəllim üçün pul yığması hallarına da rast gəlmək olar. Belə hallar da Təhsil Nazirliyinin adına yazılır və nazirliyin imicinə zərər vurur.
Təhsil insanları daim maraqlandıran sistemdir. Bu baxımdan Təhsil Nazirliyi həmişə diqqət mərkəzindədir. Ona görə də valideynlərimiz bu baxımdan diqqətli olmalıdırlar. Hər yaranan narazılığa görə, nazirliyi gühanlandırmaq olmaz”.

Kateqoriya: Tehsil | Baxılıb: 310 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016