Başlıq » 2011 » May » 7 » Misir Mərdanov: “İlkin olaraq Bakı Dövlət Universiteti üçün yataqxana kompleksi tikiləcək”
Misir Mərdanov: “İlkin olaraq Bakı Dövlət Universiteti üçün yataqxana kompleksi tikiləcək”
11:49
“Bu il məcburi köçkünlərin məskunlaşdığı ali məktəblərin yataqxana problemlərinin həll olunması mümkün deyil. Bu problemin həlli ilə bağlı yalnız növbəti ilə ümid bəsləmək olar”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, yataqxana binasının bir il ərzində tikilməsi mümkün deyil: “Yeni dərs ilinin başlanmasına da bir neçə ay qalıb. Ona görə də növbəti dərs ili üçün bu problemin həllini gözləmək olmaz”.
M. Mərdanov ilk olaraq Bakı Dövlət Universiteti üçün yataqxana kompleksini tikiləcəyini deyib.