Milli Parkda bulaqlar quraşdırılır - 3 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 3 » Milli Parkda bulaqlar quraşdırılır
Milli Parkda bulaqlar quraşdırılır
17:13

Bulvara yeni kaktuslar da gətirilib

Dənizkənarı Milli Parkın yenidən qurulması işləri davam edir. ANS TV-nin məlumatına görə, paytaxt əhalisinin əsas gəzinti məkanlarından olan Milli Parka yeni kaktuslar gətirilib.

Avropadan gətirilən kaktuslar üçün Dənizkənarı Milli Parkın ərazisində xüsusi yer ayrılıb. Hələlik, örtüklərə bürünən kaktusların bu iqlimə uyğunlaşmaları üçün onlara ciddi nəzarət olunur. Artıq bu yaşıl bitkilər bulvara gələn insanların marağını da cəlb edə bilib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə, ağaclar soyuğa davamlı olsalar da, bizim iqlimə öyrəşməlidirlər. Gətirlən kaktuslar bir neçə növdür. N.Məcidov hələlik kaktusların əkilməsinin bulvarın müəyyən bir ərazisində nəzərdə tutulduğunu deyib. Amma gələcəkdə Milli Parkın digər istiqamətlərində də onların əkilməsi istisna olunmur.

Bulvar ərazisində Avropadan yeni gətirilən zeytun ağacı da qeyri-adi görkəmi ilə hər kəsi valeh edib. Gövdəsindən yaşının çox olduğu bəlli olan bu ağac yeni əkildiyi üçün digər ağaclara iplər vasitəsilə bərkidilib.

Daha bir yenilik isə bulvarın əzrazisində bulaqların qoyulmasıdır. Rəis müavinin sözlərinə görə, insanların içməli suya olan ehtiyacını təmin etməkdən üçün bu il 8 bulaq quraşdırılacaq. Daha sonra ehtiyac yaransa, yeniləri quraşdırılacaq.

Əhalini 24 saat Şollar suyu ilə təmin edəcək bulaqlardan biri artıq istifadəyə verilib.

Milli Parkın yenilikləri bununla yekunlaşmır. Belə ki, bundan sonra Dənizkənarı Milli Parkın ərazisində bayram konsertləri və kütləvi tədbirlər yeni məkanda keçiriləcək. Yeni məkan isə bir müddət əvvəl sökülən Dinamo İdman Kompleksinin yerində olacaq.

Yeni konsert məkanında aparılan təmir işlərinin 10 günə bitməsi nəzərdə tutulub. Deməli, Novruz bayramına həsr olunan tədbirlərin məhz bu məkanda baş tutması da mümkündür.

Kateqoriya: Muxtelif | Baxılıb: 427 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016