Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub. - 5 Мая 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » May » 5 » Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.
Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.
16:23

Tədbirdə millət vəkilləri, universitet rektorları, bir sıra dövlət qurumlarının rəhbərləri, məktəb direktorları, müəllim, şagird və valideynlər iştirak edib.

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov istedadlı gənclərin aşkar edilməsi, onlara xüsusi diqqətlə yanaşılması istiqamətində görülən işləri qeyd edib. Nazir istedadlı gənclərin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin uğurlarından söz açıb. Təhsil naziri bildirib ki, fənn olimpiadaları istedadlı şagirdlərin aşkara çıxarılmasında xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, məktəblilər arasında sağlam rəqabətin yaranmasına, keyfiyyətli təhsil almağa marağın güclənməsinə geniş imkanlar açır.

Sonra Misir Mərdanov məktəblilərin fənn olimpiadalarının mövcud qaydalara uyğun olaraq, 3 mərhələdə təşkil olunduğunu, sonuncu respublika mərhələsinin isə cari ilin mart ayında keçirildiyini deyib. Nazirin verdiyi məlumata görə, olimpiadada ölkə üzrə 347052 nəfər IX-XI sinif şagirdindən 29322 nəfəri I turda, 11123 nəfəri II turda, 1132 nəfəri isə respublika turunda iştirak edib. Qeyd olunub ki, məktəblilərin fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 233 iştirakçıdan I yerə 4, II yerə 9, III yerə 12, IV yerə 66, Azərbaycan tarixi fənni üzrə 214 iştirakçıdan I yerə 3, II yerə 8, III yerə 11, IV yerə 31, riyaziyyat fənni üzrə 168 iştirakçıdan I yerə 4, II yerə 7, III yerə 12, IV yerə 35, fizika fənni üzrə 121 iştirakçıdan I yerə 4, II yerə 2, III yerə 9, IV yerə 17, kimya fənni üzrə 142 iştirakçıdan I yerə 7, II yerə 8, III yerə 11, IV yerə 30, biologiya fənni üzrə 216 iştirakçıdan I yerə 4, II yerə 3, III yerə 6, IV yerə 72 və informatika fənni üzrə 38 iştirakçıdan I yerə 4, II yerə 3, III yerə 5, IV yerə 5 nəfər layiq görülüb. Eyni zamanda nazir ümumilikdə 1132 iştirakçıdan 30 nəfərin I yer, 40 nəfərin II yer, 66 nəfərin III yer, 256 nəfərin isə IV yer üzrə qalib olduğunu diqqətə çatdırıb.

Tədbirdə nazir Sabirabad rayonu N.Gəncəvi adına şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aslanlı Emil Əflan oğlunun Azərbaycan dili və ədəbiyyat fənnindən IX sinif şagirdləri ilə birgə iştirak etdiyi və yüksək nəticə göstərərək II yeri tutduğu barədə məlumat verib və onun uğurunun xüsusilə təqdirəlayiq olduğunu söyləyib. Təhsil naziri olimpiadanın yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax rayonlarının, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan-Türk Özəl Liseyləri şagirdlərinin daha fəal iştirak etdiyini açıqlayıb. Misir Mərdanov Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseyin, Akademik Zərifə Əliyeva adına tam orta məktəbin, Bakı Avropa Liseyinin, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, 6 nömrəli məktəb-liseyin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın, “Zəngi” liseyinin, “Elitar” gimnaziyanın, “Tərəqqi” liseyinin, 132-134 nömrəli təhsil kompleksinin və Kimya-biologiya təmayüllü liseyin şagirdlərinin də yekun turda müsbət nəticələr göstərdiyini bildirib.

Çıxışının sonunda nazir tanınmış alim və ziyalılardan ibarət olan münsiflər heyətinin istedadlı uşaqların aşkara çıxarılması sahəsində böyük əmək sərf etdiklərini diqqətə çatdırıb, təhsilimizin inkişafı naminə əsl vətəndaş təəssübkeşliyi göstərən bu şəxslərə dərin təşəkkürünü bildirib, eləcə də olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, millət vəkili Rəbiyyət Aslanova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu tədbirin məhz ulu öndərin 88-ci ildönümü ərəfəsində keçirilməsini diqqətəlayiq hal kimi dəyərləndirib, intellektual potensialın möhkəmləndirilməsinə, istedadlı şagirdlərin aşkara çıxarılmasına xidmət edən bu ənənənin yüksək əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Çıxış edənlər olimpiada qaliblərini böyük zəhmət və intellektlə əldə etdikləri nailiyyət münasibətilə təbrik ediblər.

Sonda fənn olimpiadaları qaliblərinə diplom və hədiyyələr təqdim olunub.

Kateqoriya: Tehsil | Baxılıb: 670 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016