Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 5 » Magistraturaya imtahanın ikinci mərhələsi iyunun 20-də olacaq
Magistraturaya imtahanın ikinci mərhələsi iyunun 20-də olacaq
15:06

Bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq qəbul proqramını seçib təsdiq etməlidirlər

Qəbul elanına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına 2 may 2010-cu il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan bakalavrlar) imtahanın ikinci mərhələsinə buraxılır və proqram seçimində iştirak edirlər.

Bunun üçün bakalavrlar iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı “Magistr” jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).

Bundan sonra, bakalavrlar 2010-cu il iyunun 17-dən 19-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsi 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində keçirilir.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablan¬dırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2010-cu il iyunun 22-dən 25-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimi aparırlar.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, imtahanın birinci mərhələsində bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmaları seçmək (müsabiqədə iştirak etmək) hüququnu qazanmaq üçün tələb olunan müsabiqə şərtləri ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən edilir.

İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır (İxtisaslaşma seçimi cədvəli “Magistr” jurnalının 2010-cu il 3-cü sayında dərc olunub).

Bakalavr seçdiyi ixtisaslaşmaları 2010-cu il iyunun 22-dən 25-dək istədiyi ardıcıllıqla internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə ödənişli əsaslarla və ya dövlət sifarişi əsasında təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Qəbul aparılan ixtisaslaşmalar - Cari ildə qəbul aparılan ixtisaslaşmaların ümumi sayı 5252 yerdən ibarətdir (2009-cu ildə 5168 yer olub). Bunlardan 2071-i dövlət sifarişi ilə qəbul aparılan ixtisaslaşmalardır.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” jurnalının 4-cü sayı nəşr edilmişdir.

Baxılıb: 895 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024