“Magistrat və aspirant olmaq istəyən oğlanlara hərbi xidmətdən möhlət verilə bilər” - 10 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 10 » “Magistrat və aspirant olmaq istəyən oğlanlara hərbi xidmətdən möhlət verilə bilər”
“Magistrat və aspirant olmaq istəyən oğlanlara hərbi xidmətdən möhlət verilə bilər”
16:01

Abel Məhərrəmov: “Bu məsələ hazırda çox aktual məsələ kimi gündəmdədir”

“Magistratura və aspiranturaya daxil olmaq istəyən oğlan gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Bu məsələ hazırda çox aktual məsələ kimi gündəmdədir”. Bu açıqlamanı APA-ya Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov verib.

Onun sözlərinə görə, hazırda magistraturaya sənəd verən bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi çox narahatlıqlar yaradır: “Tarixən BDU-nun magistraturasının əyani şöbəsində təhsil alanların sayı qiyabi şöbəsində təhsil alanların sayından qat-qat çox olub. İndi isə reallıq odur ki, magistraturanın qiyabi şöbəsində təhsil alanların sayı əyani şöbədə təhsil alanlardan çoxdur. Təhsil alanların arasında qızlar üstünlük təşkil edir. Bu da bizdə narahatçılıq yaradır. Magistratura və aspiranturada hərbi xidmətdən möhlət hüququnun verilməsini müsbət həll etmək lazımdır ki, əlaçı tələbələr əsgərlik xidmətinə çağırılmasın”.

A. Məhərrəmov deyib ki, gəcnlər magistratura və aspiranturanı bitirdikdən sonra hərbi xidmətlərini çəkə bilərlər: “Onlar bu pillələri bitirdikdən sonra əsgərliyə getsələr, təhsil sisteminə də yenidən qayıda bilərlər. Amma hazırda bu pillələri bitirmədən əsgərliyə gedənlərin əksəriyyəti təhsil sisteminə qayıtmır. Bakalavriat pilləsini bitirən kimi əsgərliyə apardıqda yaxşı oxuyan tələbələrin bir qismi təhsil sisteminə geri qayıtmır. Qayıdanlar isə iş tapmaq üçün magistraturanın qiyabi şöbəsinə daxil olurlar. Amma qiyabi şöbə ilə Azərbaycanda elmi qaldırmaq mümkün deyil. Bu da bizi narahat edir. Mən əminəm ki, ölkə prezidenti İlham Əliyev də bu məsələlərə diqqətlə yanaşacaq, statistik məlumatlar nəzər alınacaq, müəyyən əməli addımlar atılacaq. Əməli addım da bu ola bilər ki, onlara müvəqqəti hərbi xidmətə görə möhlət verilsin. Hesab edirik ki, yaxın vaxtlarda bu məsələ ölkə rəhbərliyin qərarı ilə həll ediləcək”.

Kateqoriya: Tehsil | Baxılıb: 388 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016