MAGİSTRATURAYA QƏBUL OLANLARIN SİYAHISI AÇIQLANDI - 27 Июня 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyun » 27 » MAGİSTRATURAYA QƏBUL OLANLARIN SİYAHISI AÇIQLANDI
MAGİSTRATURAYA QƏBUL OLANLARIN SİYAHISI AÇIQLANDI
16:33

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrini iyunun 26-da saat 18:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirmişdir.

Bakalavrlar müsabiqənin nəticəsini "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 və ya 7737 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Qəbul olanların siyahısı iyunun 26-də “Magistr” jurnalının 5-ci sayında dərc olunmuşdur.
Magistraturaya qəbul imtahanı iki mərhələdə keçirilmişdir.

İmtahanın birinci mərhələsi 2010-cu il mayın 2-də olmuş və bakalavrların test üsulu ilə məntiqi təfəkkürü, xarici dili və informatika üzrə (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat) bilikləri yoxlanılmışdır. Birinci mərhələnin nəticələrinə görə imtahanda iştirak etmiş 14915 bakalavrdan 6870 nəfəri müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə buraxılmışdır.

Qəbul imtahanının ikinci mərhələsi, proqram və ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər məlumatlar “Magistr” jurnalının 4-cü sayında nəşr edilmişdi.

İmtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək (saat 24:00-dək) TQDK-nın internet saytında "Bakalavrın elektron ixtisas seçimi ərizəsi" formasına daxil olaraq ixtisas seçərək təsdiq etmişlər.
Qəbul imtahanının ikinci mərhələsi iyunun 20-də keçirilmiş və imtahanda iştirak hüququ olan 6629 bakalavrdan 6552 nəfəri imtahanda iştirak etmişdir.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılmışlar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalı idi.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (müəyyən proqramlar üzrə 80-dən), o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılmışlar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalı idi.

Qeyd olunan müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 22-dən 25-dək seçdiyi ixtisaslaşma seçimi edərək, təsdiqləmişlər.

İki mərhələ üzrə müsabiqənin nəticələrinə əsasən 3911 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuşdur. 9 nəfər isə Türkiyə ali təhsil müəssisələrinin magistraturasında təhsil almaq hüququ əldə etmişdir.

Qəbul olanların 1838 nəfərini oğlanlar, 2082 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanlar iyulun 1-dən iyulun 12-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2010-cu ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.

Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apelyasiya komissiyası tərəfindən baxılacaqdır. Hazırda ali təhsil müəssisələrinin bakalvriaturasına qəbul imtahanlarına hazırlıq işi getdiyindən apelyasiya bir aydan sonra (iyulun 28-dən iyulun 30-dək) aparılacaqdır. Müsabiqə şərtlərini ödəyən bakalavrlardan magistraturanın boş qalan plan yerlərinə elektron ərizə qəbulu aparılacaqdır. Ayrı-ayrı magistr proqramları üzrə boş qalan plan yerlərinin siyahısı və ərizə qəbulunun vaxtı haqqında TQDK-nın internet saytında və “Magistr” jurnalında elan veriləcəkdir.

Kateqoriya: Tehsil | Baxılıb: 767 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016