Məleykə Abbaszadə: “Ali məktəblərdə boş qalan plan yerlərinin əksəriyyəti özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır” - 13 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 13 » Məleykə Abbaszadə: “Ali məktəblərdə boş qalan plan yerlərinin əksəriyyəti özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır”
Məleykə Abbaszadə: “Ali məktəblərdə boş qalan plan yerlərinin əksəriyyəti özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır”
15:52

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatıb.

APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar avqustun 9-dan 18-dək, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanlar avqustun 13-dən 20-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olanlar avqustun 11-dən 20-dək, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 16-dan 31-dək qeydiyyatdan keçməlidir. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

M. Abbaszadə deyib ki, avqustun 25-dən başlayaraq TQDK bütün ali məktəblərə daxil olan abituriyentlərin əmrlərini göndərəcək. Qeydiyyat prosesinin ləng getdiyini söyləyən TQDK sədrinin sözlərinə görə, bütün ali məktəblərdə abituriyentlərin yalnız 68%-i, magistraturaların vakant yerlərinə qəbul olunan 257 bakalavrın da yalnız 7%-i qeydiyyatdan keçib.

M. Abbaszadə bəyan edib ki, I ixtisas qrupunda ali məktəblərin 9514 plan yerinə 9291 (97,66%), II qrupda 7348 plan yerinə 7292 (99,24%), III qrupda 9855 plan yerinə 8562 (86,88%), IV qrupda 3793 plan yerinə 3592 (94,70%) abituriyent daxil edilib. Ümumilikdə 30 510 plan yerinə 28 737 (94,19%) abituriyent qəbul olunub.

TQDK sədri bu il özəl ali məktəblər üzrə təqdim olunmuş 4561 plan yerindən 1158-nin (25,39%) vakant qaldığını açıqlayıb. Ümumilikdə ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin əksəriyyəti - 1293 yerdən 1158-i özəl ali təhsil müəssisələrinin ixtisaslarıdır.

M. Abbaszadə qeyd edib ki, bu il orta ixtisas təhsili müəssisələrinə müsabiqə zamanı bəzi ixtisaslar üzrə formalaşmış keçid balları ali təhsil müəssisələrinin müəyyən ixtisaslarından daha yüksək olub: “Məsələn, Azərbaycan Maliyyə-İqtisad Kollecinin “Bank işi” ixtisası üzrə minimal keçid balı 369 bal, 2 saylı Bakı Baza Tibb Kollecinin “Ortopedik stomatologiya” ixtisası üzrə minimal keçid balı 396 bal, Bakı Sosial Pedaqoji Kollecinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə minimal keçid balı 268 olub”.

Kateqoriya: Tehsil | Baxılıb: 729 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016