Məleykə Abbaszadə: “Abituriyentlər TQDK-nı aldatmağa çalışmasınlar” - 16 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 16 » Məleykə Abbaszadə: “Abituriyentlər TQDK-nı aldatmağa çalışmasınlar”
Məleykə Abbaszadə: “Abituriyentlər TQDK-nı aldatmağa çalışmasınlar”
13:29

İyulun 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirəcək.

APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu qrup üzrə 15 min 348 nəfər ərizə təqdim edib. Onların 14 min 173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7118-i oğlan, 8230 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlüdür. Bakı şəhərində 14 min 199, Naxçıvanda 1149 abituriyent imtahan verəcək. İmtahanlar bütün binalarda saat 11.00-da başlayacaq.

İmtahanlar Bakı şəhərində 27, Naxçıvanda 3 binada təşkil olunacaq, 1034 nəzarətçi müəllimin iştirak edəcəyi imtahanlara 107 imtahan rəhbəri cəlb edilib.

M. Abbaszadənin sözlərinə görə, III qrupa keçirilən imtahanlar göstərir ki, bəzi abituriyentlər hələ də bir-birlərinə kömək etməklə yaxşı nəticə göstərəcəklərinə və bu yolla ali məktəbə qəbul olacaqlarına inanırlar: “İmtahandan 67 uşaq xaric olunub. Onlar qayda pozuntularına yol veriblər. 31 nəfər 200 baldan yuxarı nəticə göstərən abituriyentin işi xüsusi araşdırma nəticəsində ləğv edilib. Yenə də köçürmə hallarına yol verənlər olur, onlar imtahan vərəqələrini bir-birlərinə verirlər. Buna yol verən şəxslər dərhal imtahan zalından çıxarılır. Qızlar zaldan çıxarıldıqda ağlayırlar və bu ümumilikdə auditoriyaya təsir edir. Binalarda telefon işləyən kimi bəlli olur və o telefondan istifadə edən tapılır. Ona görə də abituriyentlər konspektlərə, telefona və digər köməkçi vasitələrə yox, öz güclərinə arxalanmalıdırlar. TQDK-nı aldatmağa çalışmasınlar”.

Kateqoriya: Tehsil | Baxılıb: 454 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016