Əlçatmaz qapı…. - 10 Ноября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Noyabr » 10 » Əlçatmaz qapı….
Əlçatmaz qapı….
10:00

Kəbə evinin qapısı nə üçün yüksəkdə yerləşir?

Kəbə evinin qapısı yerdən 197 sm yüksəkdə yerləşir. Bu, adi insan boyundan 25-30 sm hündürdür. Zəvvarların dua zamanı əllərinin yalnız qapının aşağı hissəsinə çatması ilə bunu bir daha müşahidə etmək olar. Bəs bunun səbəbi nə ilə əlaqədardır? Sualın cavabı Aişədən nəql olunan bir hədisdə öz əksini tapır. Hədisdə deyilir: "Günlərin biri Peyğəmbərdən (s.ə.s) soruşdum: "Ey Allahın peyğəmbəri, nə üçün Kəbənin qapısı yerdən bu qədər hündürdədir?". Buyurdu: "Qureyş tayfası hələ cahiliyyət dövründə müəyyən şəxsləri Kəbəyə buraxar, istəmədiklərinə isə icazə verməzdi. Əgər onlar hələ də cahiliyyət adət-ənənələrini geridə qoymasaydılar, Kəbənin qapısını yerlə bərabər edərdim".

Göstərilən hədisdən iki mühüm nəticə hasil olur:
1. Kəbə evinin açarları Qureyş tayfasında olurdu. Bu müqəddəs məkanın qapısının yuxarıda olması onların bura daxil olan müəyyən şəxslərə dəyər verməsindən, istəmədikləri şəxslərə isə mane olmaq istəyindən xəbər verir. Yəni Qureyş tayfası Kəbə evinə daxil olmağı bir növ, imtiyaz hesab edir və bu səbəbdən belə bir süni şərait yaradırdı.
2.Peyğəmbər (s.ə.s): "Əgər onlar hələ də cahiliyyət adət-ənənələrini geridə qoymasaydılar, Kəbənin qapısını yerlə bərabər edərdim" buyurmaqla müsəlman ümmətinə hər şeyin bir vaxtı olduğunu öyrətmək istəyir. Çünki vaxtından əvvəl görülən işlər əksər hallarda ya istənilən nəticəni vermir, ya da davamsız olur.

Görəsən, Peyğəmbərdən (s.ə.s) sonra nə üçün bu iş görülmədi? Yoxsa Səudiyyə Ərəbistanında hələ də Qureyş təəssübkeşliyi hökm sürür?

Qeyd edək ki, Kəbə evinin indiki qapısına 300 kq təmiz qızıl işlənib.

Karvan jurnalı

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 475 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016