III qrupda keçid balı aşağı salındı - 7 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 7 » III qrupda keçid balı aşağı salındı
III qrupda keçid balı aşağı salındı
20:57

250 və daha yüksək bal toplayan, hər bir fənn üzrə topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə müsabiqədə iştirak üçün tələb olunan ümumi balı aşağı salıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, III ixtisas qrupu üzrə 300 və daha yüksək bal toplayan abituriyentlərin müsabiqəyə buraxılması nəzərdə tutulurdu. Amma imtahanın nəticələri qənaətbəxş olmadığı üçün TQDK normal müsabiqə vəziyyətinin yaranmasını tənzimləmək məqsədilə müsabiqəyə 250 və daha yüksək bal toplayan, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin ixtisas seçiminə buraxılması barədə qərar qəbul edib. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlərin iştirakı nəzərdə tutulsa da, bu bal da azaldılaraq 350-yə endirilib.

E. Nağızadə deyib ki, bu il III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent yoxdur. Ən yüksək nəticə göstərən abituriyent 690 bal toplayıb. İmtahanda 1767 nəfər 200-250 bal intervalında nəticə göstərib.

TQDK rəsmisinin sözlərinə görə, bu il III qrup üzrə imtahanın nəticələri ötənilkindən bir az zəifdir. Digər ixtisas qruplarına gəldikdə, E. Nağızadə bildirib ki, qalan qruplar üzrə balların azaldılması hələlik nəzərdə tutulmayıb. Amma bununla belə, bu məsələ yenə də imtahan nəticələrindən asılı olacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 694 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.5/2 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016