III qrupda builki məzunların 50 faizi 182,5 bala qədər nəticə göstərib - 10 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 10 » III qrupda builki məzunların 50 faizi 182,5 bala qədər nəticə göstərib
III qrupda builki məzunların 50 faizi 182,5 bala qədər nəticə göstərib
19:56

Bu il həmin qrupda ixtisas seçiminə buraxılanların sayı plan yerlərinin sayından azdır

“İmtahandan bir-birindən köçürənlər əsasən 50-100 və 100-150 bal arasında nəticə göstərən abituriyentlərdir. Çünki olanlar hazırlıqlı deyil və bir-birilərinin səhvlərini köçürürlər”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, belə abituriyentlərin nəticələri ləğv olunmur. Çünki onlar onsuz da ali məktəbə qəbul olunmaq üçün müsabiqə balını toplaya bilmir.

Məleykə Abbaszadə deyib ki, bu il III ixtisas qrupda imtahan verənlərin orta balı 200 bala çatmır. Bu isə o deməkdir ki, imtahanda iştirak edənlərin 50 faizi 200 baldan aşağı nəticə göstərib: “Həmin abituriyentlərin təxminən yarısı orta məktəblərin builki məzunlarıdır. III ixtisas qrupunda imtahan verən builki məzunların sayı 14 min 779 nəfər olub. Onlardan 50 faizə qədəri 182,5 bala qədər nəticə göstərib”.

TQDK sədri vurğulayıb ki, III qrupda imtahan vermiş abituriyentlərin 8435 nəfəri ixtisas seçiminə buraxılıb. Bu qrupda təqdim olunan yerlərin sayı isə 8906-dır. Onun sözlərinə görə, bu o deməkdir ki, 8435 abituriyentin hamısı ixtisas seçimində səhv etməsə, onların hamısının ali məktəbə qəbul olunacağı indidən məlumdur: “Ancaq problem ondadır ki, həmin 8435 abituriyentin hamısı eyni 15 ixtisası seçsələr, yalnız o ixtisaslar üzrə plan yerləri dolacaq. Qalan ixtisaslar isə boş qalacaq. Biz abituriyentlərin bu ixtisasları necə seçəcəyini bilmirik. Məsləhət verməyə də çətinlik çəkirik. Çünki biz əvvəlki ilin keçid balına əsaslanaraq abituriyentlərə ixtisas seçimində məsləhət verə bilərik. Bu zaman isə həmin ixtisasları seçən abituriyentlərin sayı süni şəkildə artır”.

Kateqoriya: Tehsil | Baxılıb: 398 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016