Başlıq » 2010 » İyuL » 24 » II ixtisas qrupu üzrə imtahanın nəticələri iyulun 25-də və ya 26-da açıqlanacaq
II ixtisas qrupu üzrə imtahanın nəticələri iyulun 25-də və ya 26-da açıqlanacaq
13:36
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə abituriyentlərin cavab kartlarının emalına başlayıb.
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kartların yoxlanılması iyulun 23-dən həyata keçirilir. İmtahanın nəticələrinin iyulun 25-26-da açıqlanması nəzərdə tutulur. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytına yerləşdirilib.