Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirmişdir. İmtahanda iştirak etmək hüququ olan 2819 abituriyentdən 617 nəfəri imtahana gəlməmişdir.
Abituriyentlərdən 1231 nəfəri müsabiqə şərtini ödəmiş (12 və daha artıq bal toplamış) və “məqbul” qiyməti almışlar.
Abituriyentlərdən 5 nəfəri imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiklərinə görə barələrində akt tərtib olunmuş və onlar imtahana buraxılmamışlar.
Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 6 nəfərin köşürməyə yol verdikləri aşkar edilmiş qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunmuşdur.
Nəticələr mayın 20-də saat 17:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir.