“İnter” Çempionlar Liqasında mübarizəni dayandırdı - 22 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 22 » “İnter” Çempionlar Liqasında mübarizəni dayandırdı
“İnter” Çempionlar Liqasında mübarizəni dayandırdı
10:00

“İnter” “Lex”ə penaltilərdə uduzdu

Çempionumuz səfər oyununun əsas vaxtında 0:1 hesabı ilə qalib gəlsə də, penaltilərdə rəqibinə 9:8 hesabı ilə məğlub olub.

Bakının “İnter” klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununu Polşada “Lex” komandasına qarşı keçirib. Bakıda keçirilən ilk oyunda 1:0 hesabı ilə məğlub olan “İnter” səfərdə keçirdiyi oyunun əsas vaxtını uğurla başa vurub. Poznan şəhərinin “Miyeski” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 83-cü dəqiqədə Girts Karlsons fərqlənib.

Bu, Azərbaycan klublarının Polşada qazandığı ilk qələbə olub.

Amma Bakıdakı ilk matçda poznanlılar eyni hesablı qələbəyə sevindiyindən, qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət daha iki hissə oynanılıb. Burada qapılara top vurulmadığından oyun sonrası penaltilərdən istifadə olunub.

Təəssüf ki, Azərbaycan çempionunun “lotereya”da bəxti gətirməyib. Meydan sahibləri daha dəqiq olmaqla, 9:8 hesablı qələbə qazanıblar.

Beləliklə, “İnter” səfər oyununda 9:8 hesabı ilə məğlub olub və Çempionlar Liqasındakı mübarizəsini dayandırıb. Komandamız bu oyunda qalib gəlsəydi, üçüncü təsnifat mərhələsində Çexiyanın “Sparta” klubu ilə qarşılaşmalı idi.

Kateqoriya: Idman | Baxılıb: 389 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016