İngiltərə və ABŞ milliləri heç-heçə oynadılar - 13 Июня 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyun » 13 » İngiltərə və ABŞ milliləri heç-heçə oynadılar
İngiltərə və ABŞ milliləri heç-heçə oynadılar
15:48

Barak Obama və Devid Kemeron bir-birinə pivə alası olmadı

Dünya Çempionatında İngiltərə və ABŞ yığmalarının qarşılaşması heç-heçə başa çatıb. Rüstenburqdakı “Royal Bafokenq” stadinundakı qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Oyunun 4-cü dəqiqəsində İngiltərə millisi Stiven Cerardın qolu ilə hesabda irəli çıxıb. Ona hücumçu Emil Heski asissentlik edib. Heskinin özü də 53-ci dəqiqədə fərqlənə bilərdi. Lakin o, qapıçı ilə təkbətək çıxmasından istifadə edə bilmədi.

İngilislər oyun ərzində üstünlüyə malik olsalar da, boş yerə qol buraxıblar. Qapıçı Roben Qrin 45-ci dəqiqədə səhvə yol verib və Klint Dempsi bundan yararlanaraq, hesabı bərabərləşdirib.

Beləliklə, İngiltərə və ABŞ milliləri hərəyə bir xal toplayıblar. C qrupunda onlarla birlikdə mübarizə aparan Əlcəzair və Sloveniyaları isə iyunun 13-də öz aralarında oynayacaqlar.

İngiltərə və ABŞ millilərinin qalibi müəyyənləşdirə bilməməsi həm də o deməkdir ki, ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Deved Kemeron arasındakı mərcdə qalib olmayıblar. Onlar öz ölkələrinin millisinin qələbəsinə bir qutu pivədən mərc gəlmişdilər. Barak Obama uduzsaydı bir qutu Amerika, Devid Kemeron isə bir qutu İngiltərə pivəsi almalıydı.

Qeyd edək ki, Dünya Çempionatının ikinci günündə daha iki oyun keçirilib. Cənubi Koreya millisi Yunanıstan yığmasına (2:0), Argentina isə Nigeriyaya (1:0) qalib gəlib.

Çoxlarının bu çempionatın qalibi kimi gördüyü Argentina millisi çoxsaylı imkanlardan cəmisi bir dəfə fərqlənə bilib. Oyunun 6-cı dəqiqəsində argentinalı Hayntse künc zərbəsini başı ilə Nigeriya millisinin qapısına göndərə bilib.

Argentinanın bütün oyununu Messinin üzərində quran Maradonanın taktikası bir o qədər də uğurlu alınmayıb. Dünya çempionatının ən yaxşı hücumçusu adına namizədlərdən biri hesab olunan Messi nəinki oyunda fərqlənə bilməyib, onun üçün yaradılmış çoxsaylı imkanların heç birindən səmərəli istifadə edə bilməyib.

Əsasən uzaq məsafədən birbaşa qapıya vurulan zərbələrə hesablanmış taktika Nigeriya millisinə də uğur gətirməyib. Alman hakim Volfqanq Ştarkın idarə etdiyi matç 94 dəqiqədən sonra 1-0 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatıb.

Kateqoriya: Idman | Baxılıb: 369 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016