İlham Əliyev:Əhalinin su borcları silinəcək - 1 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 1 » İlham Əliyev:Əhalinin su borcları silinəcək
İlham Əliyev:Əhalinin su borcları silinəcək
20:05

Azərbaycanda əhalinin sudan istifadəyə görə bir neçə ildir yığılıb qalmış borcları silinəcək.

“Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Zabrat qəsəbə sakinləri ilə görüşündə bəyan edib.

Dövlət başçısı bildirib ki, içməli su ilə bağlı keçmişdən yığılmış borclar var: “Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.

Dövlət başçısı qeyd edib ki, suya olan borclar da qaza olan borclar kimi silinəcək: "Ancaq o şərtlə ki, bundan sonra suyun pulu ödənilsin. Azərbaycanda su və qaz tarifləri bu bölgədə, demək olar ki, ən aşağı səviyyədədir. Qaz tarifləri qonşu ölkələrlə müqayisədə ən azı 3 dəfə aşağıdır. Biz bunu ona görə edirik ki, əhalinin üzərinə daha da az yük düşsün".

Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi proqramının qəbul və icra edilməsi üçün dövlət büdcəsinə düzəlişlər ediləcəyini vurğulayıb. O, eyni zamanda sənədsiz evlərin qeydiyyatı və qəsəbələrin kanalizasiya problemlərinin də həll olunacağını qeyd edib.Prezident İlham Əliyev zabratlılarla görüşündə bu məsələnin tezliklə həll olunacağını deyib

“Bakı şəhərində qeydiyyatsız evlərin qeydiyyata alınması ilə bağlı məsələlər öz həllini tapacaq”.

Dövlət başçısı bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bu məsələnin də xüsusi diqqətdə saxlandığını deyib: “Mən müvafiq göstərişlər vermişəm. İndi məsələyə baxılır və yaxın zamanlarda təkliflər irəli sürüləcək ki, biz bu məsələni birdəfəlik həll edək”.

Qeyd edək ki, prezident İham Əliyev ötən gün şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Sabunçu və Suraxanı rayonlarında olub.

Kateqoriya: Muxtelif | Baxılıb: 413 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016