İbrahim Tatlısəs güllələndi! - 14 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 14 » İbrahim Tatlısəs güllələndi!
İbrahim Tatlısəs güllələndi!
16:05

Tatlısəs iflic ola bilər

Bu gecə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs güllələnib.

İbrahim Tatlısesə Şişlidə bir avtomobildən atəş açılıb və o, başından ağır yaralanıb.

Olay zamanı Tatlısəsin köməkçisi İpək Çakıcı da yaralanıb. Müğənni Levent Xəstəxanasına yerləşdirilib, daha sonra Maslak Acıbadem Xəstəxanasına aparılıb. Öncə 45 dəqiqəlik cərrahi əməliyyat, daha sonra 3 saat sürən ikinci cərrahi əməliyyat olunub. İbrahim Tatlısəs və köməkçisinin durumunun ağır olduğu bildirilir.

İbrahim Tatlısəsin odlu silahla vurulandan sonra dediyi son sözləri “olurmu ya? olurmu heç?” olub.

Lent.az-ın məlumatına görə, bunu hadisənin şahidləri deyiblər. Şahidlər bildiriblər ki, xəstəxanaya aparılarkən huşu özündə olub. “İbrahim bəy vəziyyəti başa düşüb, əyilib. Buna görə sadəcə bir güllə yarası alıb. Yoxsa, daha çox güllə yarası alardı”.

Türkiyədə silahlı hücuma məruz qalan məşhur müğənni İbrahim Tatlısəs iflic ola bilər. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə sənətçinin yerləşdirildiyi Muslak Acıbadem xəstəxanasının baş həkimi Çağlar Cuhadaroğlu məlumat verib.

“Sənətçinin bədəninin bir hissəsi iflic ola bilər. Ona neçə güllə dəydiyini deyə bilmərəm, amma bilirəm ki, güllələrdən biri baş nahiyəsinin arxa tərəfindən girərək ön tərəfdən çıxıb. Müğənni xəstəxanaya gətiriləndə başında sağ kəllə sümüyünüdə qırıntılar var idi. Beynində baş verən qanaxmanı saxlamaq üçün 5 saat ərzində cərrahiyyə əməliyyatı olundu. Burun nahiyəsində də güllə izi var. Tatlısəslə yanaşı onun köməkçisi də boğazından güllə yarası alıb. Onun vəziyyəti müğənniyə nisbətən daha yaxşıdır. İkisinə də plastik əməliyyat edilib", -deyə həkim sözlərini tamamlayıb.

Hadisə ilə bağlı son məlumatlar da əldə olunub. Silahlı hücum müğənni və köməkçisi gecə saatlarında Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki İdo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından uzun məsafəli silahla atəşə tutulub. Araşdırma aparan polis İbrahimin maşınında 4 və yaxın binalarda 4 güllə izi aşkar edib. Ümumilikdə isə olay yerindən 11 güllə gilizi tapılaraq aktlaşdırılıb.

Jurnalist İlhamə Qasımlının sözlərinə görə, müğənniyə qarşı sui-qəsdin baş verməsi ilə bağlı 3 versiya səsləndirilir.

I- siyasətə qoşulan İbrahim Tatlısəsin nüfuzu böyük olduğundan siyasi rəqibləri onu aralarında görmək istəmir,

II- PKK izidir, çünki hadisə yerindən tapılan giliz və güllələrin aid olduğu “Kalaşnikov” silahından daha çox PKK-çılar istifadə edir,

III İbonun Şimali İraqda tikinti sektoruna girməsidir. Belə ki, müğənninin ilyarım əvvəl bu ölkədə tikinti sahəsinə böyük məbləğdə vəsait qoyması bəzi tikinti sahibkarlarını narahat edir.

Hazırda polis araşdırmaları davam etdirir. Son məlumatlara görə, hadisəni törədənlər ən azı 2 nəfər olub.

Ölkənin baş naziri Rəcəb Təyyib Ərdoğan xəstəxana rəhbərliyi ilə biibaşa əlaqə saxlayaraq, "İmperator"un səhhəti ilə yaxından maraqlanıb. Xəstəxana rəhbərliyinə 4 dəfə zəng edən baş nazir xəstənin yaxşılaşması üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb.

Hadisə şahidləri isə sənətkarın yaralandıqdan sonra dediyi son sözləri açıqlayınlar. Onların sözlərinə görə, qan içində yerdə yatan İbrahim Yatslısəs qırıq-qırıq, amma düzgün tələffüzləbelə deyib: “Olurmu yaaa? Olurmu hiç?”.

Hələlik "İmperator"un bu sözləri nə mənada dediyi bilinmir.

Kateqoriya: Muxtelif | Baxılıb: 352 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016