Gürcüstanda Azərbaycan məktəblərinin bağlanacağı gözlənilir - 25 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 25 » Gürcüstanda Azərbaycan məktəblərinin bağlanacağı gözlənilir
Gürcüstanda Azərbaycan məktəblərinin bağlanacağı gözlənilir
21:20

Qonşu respublikanın təhsil sistemində islahatlar davam edir

Gürcüstanın Marneuli rayonunun Axlımahmudlu açıq məktəbinin fəaliyyətinin dayandırılması barədə qərar verilib. Bu barədə ANS PRESS-ə Gürcüstan Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı bu gün Gürcüstan Azərbaycanlıları Konqresində Marneuli rayonunun Axlımahmudlu açıq məktəbinin müəllim heyəti və valideynləri ilə görüş keçirilib.

“Məktəbin bağlanmasını şagird sayının azlığı ilə əlaqələndirirlər. Halbuki bizim məktəbdə 112 nəfər şagird təhsil alır”, - deyə görüşdə məktəbin direktoru Səyyad Həsənov bildirib.

Məktəb direktoru onu da qeyd edib ki, bununla əlaqədar Marneulidə yerləşən Azərbaycanlıların Mədəniyyət Mərkəzinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə və Gürcüstanın Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət edilib.

Qeyd edək ki, Axlımahmudlu məktəbində eyni zamanda qonşu kənd olan Yeni Kənddən gələn şagirdlər də təhsil alır. Şagirdlərin köçürüləcəkləri Araflı kənd məktəbinə qədər olan məsafə isə 5-6 kilometrdir.

Gürcüstanın yeni təhsil islahatına əsasən, bu ildən uşaqlar məktəbə 5 yaşından qəbul olunacaq. Beş yaşlı uşağın hər gün 5-6 kilometr məsafəni gedib-gəlməsi isə çətin məsələdir. Müəllimlərin dediyinə görə, məktəb üçün heç bir nəqliyyat nərəzdə tutulmayıb. Əgər məktəb bağlanarsa, 20 nəfər müəllim heyətindən yalnız 4-ü Araflı məktəbində işlə təmin ediləcək, qalan 16 nəfər isə işsiz qalacaq.

Konqresin əldə etdiyi məlumata görə, bu il bir neçə Azərbaycan məktəbi bağlanacaq və 350-ə yaxın müəllim işdən azad ediləcək.

Kateqoriya: Tehsil | Baxılıb: 819 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016