Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Mart » 15 » Günün xəbərləri.(15.03.2011)
Günün xəbərləri.(15.03.2011)
20:32

Bakıda Heydər Əliyev prospektində sürət həddi artırılıb

Bakıda Heydər Əliyev prospektində sürət həddi 60 km/saatdan 80 km/saata qaldırılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, sürət həddi həmin prospektin Babək prospekti və Xətai prospektlərinin kəsişməsindəki yolun hərəkət hissəsinin orta zolağında artırılıb. Sözügedən ərazidə aparılan təmir tikinti işləri başa çatdığından və bu prospektin başqa küçə və prospektlərlə kəsişmədiyi nəzərə alınaraq Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi həmin prospektdə sürət həddinin artırılması barədə qərar qəbul edib. Artıq əraziyə bu barədə yol nişanları da qoyulub.

Kamran Əliyev gələcəkdə də Bakının bəzi küçələrinin 5.1 nişanı ilə təmin olunacağını, yəni digər yollarda da sürət həddinin artırılacağını istisna etmir.

“Hazırda ölkənin əhəmiyyətli magistral yollarında maksimum sürət həddi 90 km/saatdır. Əlbəttə, burada Aereport yolu, Hövsan yolu və Bakı kənarkeçmə, Lökbatan dairəsindən Biləcəri dairəsinə qədər yollar istisna olunur. Yəni burada sürət həddi 120 km/saatdır. Müəyyən yerlərdə yol infrastrukturu imkan verirsə, təhlükəsizliyi təmin edirsə, həmin yerlərdə sürət həddinin artırılmasına icazə verilir. Yaxın gələcəkdə magistral yolların avtomagistral statusu alacağı istisna edilmir. Magistral yollara avtomagistral status verildikdən sonra isə sürət həddi 110 km/saat təşkil edə bilər”, - deyə Kamran Əliyev vurğuladı.

Bakıda oğul 53 yaşlı atasını döyə-döyə öldürdü

Martın 14-də Bakıda qətl hadisəsi baş verib.

Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, 5-ci mikrorayon Cavadxan küçəsi ev 21 mənzil 116-da yaşayan 1958-ci il təvəllüdlü Vladimir Vladimirov yaşadığı mənzildə huşsuz vəziyyətdə tapılıb. Üzərində çoxsaylı xəsarətlərlə qan içində aşkarlamış kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırmalar nəticəsində 53 yaşlı V.Vladimrovun öz oğulluğu Oleq Startsev tərəfindən vəhşicəsinə döyülməsi müəyyən olunub. Belə ki, O.Startsev münaqişə zəminində atasını yumruq və təpiklə ölümcül hala düşənədək döyüb və aradan çıxıb.

Artıq O.Startsev tutulub. Onun törətdiyi əməllə bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Gəncə və Sumqayıtın hər birinə 5 milyon manat ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ölkənin ən böyük şəhərlərindən olan Gəncədə və Sumqayıtda abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılıb.

Zəlzələ və sunami Yaponiyaya 183 milyard dollar ziyan vurub

Martın 11-də baş verən zəlzələ və sunami nəticəsində Yaponiya iqtisadiyyatına 170-183 milyard dollar civarında ziyan dəyib.

“Credit Suisse” Bankının analitiklərinin hesablamaları bunu göstərir.

Bu məbləğin 73-85 milyard dolları infrastrukturun dağılması ilə bağlı birbaşa itkidir. Ölkədə bərpa işləri aparmaq üçün büdcənin əlavə xərcləri 24 milyard dollar olacaq. Ümumiyyətlə, yaxın 3 ildə bərpa işləri üçün 49-61 milyard dollar gərəkdir.

Göyçayda “Mercedes” polis mayorunu vurdu

Şamaxı-Yevlax yolunda avtomobil piyadanı vurub.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Mübariz Nəsirov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə bu gün saat 17:00 radələrində Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Çayarxı kəndi ərazisində qeydə alınıb.

Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Mübariz Yaşar oğlu idarə etdiyi 90-CB-344 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə yolu keçmək istəyən Çayarxı kənd sakini, Göyçay rayon Polis Şöbəsinin kadrlar üzrə inspektoru, kapitan, 1969-cu il təvəllüdlü Xalidov Şahin Faiq oğlunu vurub, avtomobil isə yoldan çıxararaq aşıb. Hadisə nəticəsində Ş. Xalidov kəllə-beyin travması, döş qəfəsi və ayaqlarının əzilmiş yarası diaqnozu ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Ağstafada 21 yaşlı qız itkin düşüb

Ağstafa rayonunun Yuxarı Göycəli kənd sakini Tural İmanəliyev bu il fevralın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bacısı, 1990-cı il təvəllüdlü Turanə İmanəliyeva həmin gün saat 08.30 radələrində yaşadığı evdən naməlum istiqamətdə çıxıb və bir daha geri qayıtmayıb.

Turanə İmanəliyevanın xarakterik əlamətləri aşağıdakılardır: Qarayanız, boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi-qəhvəyi, uzun qara saçları, boğazında qara rəngli xalı var.

Evdən çıxan zaman əynində qara rəngli idman şalvarı, ağ rəngli papaqlı idman gödəkçəsi, ağ-qara rəngli idman ayaqqabısı olub.

Turanə İmanəliyevanı görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan (070) 744-50-94, (050) 399-39-83, (050) 626-30-96 nömrəli mobil və (0244) 5-25-52 nömrəli telefonlara zəng vuraraq bu barədə ailə üzvlərinə və yaxınlarına xəbər vermələri xahiş olunur.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi 6 rayonda yaşayış binaları istifadəyə verəcək

Novruz bayramına kimi Qarabağ əlilləri və şəhid ailələri üçün yaşayış binaları təhvil veriləcək.

Şabranda Qarabağ əlilləri və şəhid ailələri üçün inşa olunan 4 mərtəbəli, 16 mənzilli yaşayış binası istifadəyə verilib. Açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov iştirak edib.

Bundan başqa rayon mərkəzində bir, Uzunboyad kəndində də bir fərdi yaşayış mənzili istifadəyə verilib. Nazir jurnalistlərə açıqlamasında dövlət tərəfindən bu sahəyə diqqət və qayğının artırılacağını bildirib.

Onun sözlərinə görə, Novruz bayramına kimi Biləsuvar və Ağstafa, bayramdan sonra isə Xaçmaz, Mingəçevir, Salyan, Astara rayonlarında və Şüvəlan yaşayış məntəqəsində bu tipli yaşayış binalarının istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, ƏƏSMN tərəfindən ötən il Qarabağ əlilləri və şəhid ailələrinə 360 mənzil verilib.

Jurnalistlər polislərlə futbol oynayacaqlar

Novruz bayramı ərəfəsində jurnalistlərin polislərlə futbol matçının təşkili nəzərdə tutulur.

Mətbuat Şurasından verilən məlumata görə, martın 19-u saat 11.00-da “Şəfa” stadionunda baş tutacaq oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində keçiriləcək.

Jurnalistlərin bu qəbildən olan ikinci futbol matçının Milli Məclisin deputatları ilə təşkili planlaşdırılır. Qələm sahiblərinin futbolun 100 illiyi münasibətilə sonuncu oyunları ölkənin tanınmış futbol veteranları ilə olacaq.

Qeyd edək ki, Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası arasında əldə olunmuş razılığa görə, əlamətdar yubileylə əlaqədar Azərbaycan futbolunun təbliğində fəal rol oynayan jurnalistlərlə geniş tərkibli görüşün təşkili və onların mükafatlandırılmaları nəzərdə tutulur.

Üç qardaşı bıçaqladılar

Azərbaycanın Tərtər rayonunun Hüsənli kəndi ərazisində bir qrup şəxs bir ailənin üç üzvünü bıçaqlayıb.

APA-nın məlumatına görə, Ağdam rayonunun İlxıçılar kəndindən olan məcburi köçkünlər - 1982-ci il təvəllüdlü Əkbər Əzimov, 1983-cü il təvəllüdlü Rafiq Əzimov və 1985-ci ildə anadan olmuş Fuad Əzimov müxtəlif dərəcəli bıçaq yaraları ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların qardaş olduğu bildirilib.

Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşan qardaşların yaxınları APA-ya bildiriblər ki, Əzimov qardaşları ilə Tərtərin Hüsənli kəndinin bir qrup sakini arasında qarşıdurma olub. Nəticədə qardaşlar bıçaqlanıblar. Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, yaralılara tibbi yardım göstərildikdən sonra onlar palataya yerləşdiriliblər. Həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılıb.

İbrahim Tatlısəs oyadıldı

İbrahim Tatlısəsin həkimləri gözlənilən açıqlamanı veriblər. Azərbaycanlı jurnalist Fidan Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, həkimlər onun beyninin 50 faiz oyadıldığını bildiriblər.

"Onların sözlərinə görə, verilən dərmanların dozası azaldılıb. Xəstəni birdən oyatmaq həyati risk daşıdığı üçün onun yavaş-yavaş oyadılması qərara alınıb. Tibb işçiləri müğənninin müalicəsinin davam etdiriləcəyini və vəziyyətinin yaxşı tərəfə getdiyini bildiriblər. Onlar problemin beyinlə əlaqədar olduğu üçün bir necə saatdan, gündən sonra necə olacağı ilə bağlı proqnoz verməyin çətin olduğunu qeyd ediblər. Sənətçinin həyatı riski azalsa da, davam edir", deyə jurnalist bildirib.

"Xəstəni yatırmağa davam edərək müalicə aparacağıq. Ümumi tablo çox ağırdır. Xəstə reanimasiyadan çımadan bizim üçün təhlükə sovuşmuş deyil. Ümid edirəm qabaqdakı günlərdə və saatlarda daha yaxşı nöqtəyə gələ bilərik. Gözləntimiz budur”, deyə həkimlərin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, silahlı hücum müğənni və köməkçisi dünən gecə saatlarında Türkiyənin Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki İbo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından "Kalaşnikov" markalı silahla atəşə tutulub.

Nəticədə İbrahim Tatlısəs başından, köməkçisi isə boğazından güllə yarası alıb. Sənətçi dərhal özəl xəstəxanalardan birinə aparılıb. Orada ilkin yardımdan sonra Maslak Acıbadem Xəstəxanasına çatdırılıb. Müğənni 5 saat ərzində əməliyyat olunub. Həkimlərin sözlərinə görə, güllə müğənninin başına arxadan girərək öndən çıxıb və sağ beyin sümüyündə sınıq əmələ gəlib. İbrahim Tatlısəsin beynində qanaxma və burun nahiyəsində güllə izi olub. Bu səbəbdən müğənni həmçinin plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun 24 saat ərzində yatırdılması qərara alınıb. Baş həkim müğənninin bədəninin bir hissəsinin iflic ola biləcəyini istisna etməyib. İlkin ehtimallara görə, müğənni səsini də itirə bilər.

Polis İbrahim Tatlısəsin maşınında 4 və yaxın binalarda 4 güllə izi aşkar edib. Ümumilikdə isə olay yerindən 11 giliz tapılaraq aktlaşdırılıb.

İbrahim Tatlisəsin bir müddət öncə Şişli polisinə telefonla 3 ölüm təhdi aldığı barədə məlumat veribmiş. Müğənniyə qarşı sui-qəsdin baş verməsi ilə bağlı 3 versiya səsləndirilir.

I- siyasətə qoşulan İbrahim Tatlısəsin nüfuzu böyük olduğundan siyasi rəqibləri onu aralarında görmək istəmir,

II- PKK izidir, çünki hadisə yerindən tapılan giliz və güllələrin aid olduğu “Kalaşnikov” silahından daha çox PKK-çılar istifadə edir,

III İbonun Şimali İraqda tikinti sektoruna girməsidir. Belə ki, müğənninin ilyarım əvvəl bu ölkədə tikinti sahəsinə böyük məbləğdə vəsait qoyması bəzi tikinti sahibkarlarını narahat edir.

Hadisə şahidləri isə sənətkarın yaralandıqdan sonra dediyi son sözləri açıqlayıblar. Onların sözlərinə görə, qan içində yerdə yatan İbrahim Tatlısəs qırıq-qırıq, amma düzgün tələffüzlə belə deyib: “Olurmu yaaa? Olurmu hiç?”.

Güllə Tatlısəsin başına belə dəydi

Türkiyənin “Milliyət” qəzeti ötən gecə silahlı hücuma məruz qalan məşhur müğənni İbrahim Tatlısəsin baş nahiyəsinə dəyən güllənin hərəkət trayektoriyasının sxemini yayıb. ANS PRESS-in məlumatına görə, sxemdə göstərilir ki, güllə əvvəlcədən deyildiyi kimi müğənninin başının sağ arxa nahiyəsindən girərək, sağ ön nahiyədən çıxıb. Güllənin girdiyi zaman isə sümüklərdə qırıqlar əmələ gəlib. Qırıqlar beynin içərilərinə doğru hərəkət edərək gülləni sürüşdürüb. Sürüşmə nəticəsində güllə hərəkət edərək ön tərəfdən çıxıb.

Bu arada İbrahim Tatlısəsin həkimləri səbirsizliklə gözlənilən açıqlamanı veriblər. Azərbaycanlı jurnalist Fidan Quliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, həkimlər onun beyninin 50 faiz oyadıldığını bildiriblər.

"Onların sözlərinə görə, verilən dərmanların dozası azaldılıb. Xəstəni birdən oyatmaq həyati risk daşıdığı üçün onun yavaş-yavaş oyadılması qərara alınıb. Tibb işçiləri müğənninin müalicəsinin davam etdiriləcəyini və vəziyyətinin yaxşı tərəfə getdiyini bildiriblər. Onlar problemin beyinlə əlaqədar olduğu üçün bir necə saatdan, gündən sonra necə olacağı ilə bağlı proqnoz verməyin çətin olduğunu qeyd ediblər. Sənətçinin həyatı riski azalsa da, davam edir", deyə jurnalist bildirib.

"Xəstəni yatırmağa davam edərək müalicə aparacağıq. Ümumi tablo çox ağırdır. Xəstə reanimasiyadan çımadan bizim üçün təhlükə sovuşmuş deyil. Ümid edirəm qabaqdakı günlərdə və saatlarda daha yaxşı nöqtəyə gələ bilərik. Gözləntimiz budur”, deyə həkimlərin açıqlamasında qeyd olunub.

Xatırladaq ki, silahlı hücum müğənni və köməkçisi dünən gecə saatlarında Türkiyənin Şişli rayonundakı “Nurol Plaza”da həyata keçirilən “Beyaz” TV-dəki İbo Şov proqramının çəkilişindən çıxanda baş verib. Tatlısəs maşınına oturarkən yolun əks tərəfində dayanan tünd rəngli maşından "Kalaşnikov" markalı silahla atəşə tutulub.

İbrahim Tatlısəsin vurulmazdan əvvəl son görüntüsü

Türkiyənin tanınmış sənətçilərindən İbrahim Tatlısəsin güllələnməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Lent.az-ın məlumatına görə, İstanbul polisi cinayətkarların tapılması üçün 10 qrup qurub. İndiyədək 110 nəfərin ifadəsi alınıb. Dindirilənlər arasında müğənninin mühafizəçiləri, hadisə zamanı yaralanmış sürücüsü də var.

Bu arada sənətçinin güllələnmədən öncəsi son foto-şəkli yayımlanıb. Şəkildə Tatlısəs mühafizəçilərinin müşayiəti ilə avtomobilinə tərəf gedir.

Nar Mobile Bakı şəhərində növbəti “Nar Dünyası” satış və xidmət mərkəzini təqdim etdi

Martın 15-də Bakı şəhərində, Təbriz küçəsi 95 ünvanında (“N.Nərimanov” metro stansiyası yaxınlığında) Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış “Nar Dünyası” satış və xidmət mərkəzinin açılış mərasimi keçirildi.

Bakı şəhərində açılan yeni “Nar Dünyası” satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. “Nar Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı, “Nar Dünyası” satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular.

Nar Mobile tərəfindən təqdim edilən yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri hal-hazırda Bakı şəhəri, Gəncə, Tovuz və Salyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılışları həyata keçiriləcək.

Şirkət haqqında
AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar Mobile ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir.
AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Bu günədək AZERFON şirkəti 1,7 milyonadək abunəçiyə xidmət göstərmişdir.

[img]http://lent.az/photosession/nar-mobile1%20(1).jpg[/img]

Göyçay sakini həmkəndlisini güllələyib

Martın 14-də Göyçay rayonunun Veysəlli kəndində bədbəxt hadisə baş verib.

Kənd sakini Seyran Rüstəmov ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşdən həmkəndlisi Namizəd Abdullayev xəsarət alıb. N.Abdullayev dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Milli Ordunun əsgəri özünü asıb

Azərbaycan Ordusunda intihar faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Bakı hərbi birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb.

2010-cu ilin yanvarında Oğuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Orxan İlham oğlu Məmmədov özünü asaraq intihar edib. Mərhum əsgərin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O.Məmmədovun ordudan tərxis olunmasına 3 ay qalıbmış.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, intiharın səbəbləri araşdırılır.

Astarada qayıq çevrilib, 1 nəfər itkin düşüb

Martın 14-də Xəzər dənizinin Astara şəhəri sahillərində balıqçı qayığı çevrilib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı qayıqda olan 2 nəfərdən 1-i xilas olunub. Digər şəxsin isə itkin düşdüyü ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsin axtarışlarına başlayıb.

Yaponiyanın liman şəhəri yer üzündən silinib

Yaponiyada bir vaxtlar məşhur çimərlik kurortu olan Minami Sanriku liman şəhəri yerlə-yeksan olub. Şəhər praktik olaraq xəritədən silinib. Şəhərin 17,5 min sakinindən 10 mini itkin hesab edilir. Şəhərdə işıq və rabitə əlaqəsi yoxdur. Martın 11-i 15 metrlik nəhəng dalğalar yolunda olan hər şeyi dağıdıb. Ailə üzvlərinin hamısı sağ qalan şəxslər isə özlərini xoşbəxt hesab edir.

35 milyonluq əhalisi olan paytaxt Tokio üçün elektrik enerjisi təchizatı problemə çevrilib. Radiaktiv buludun tezliklə Tokioya çatacağından qorxan sakinlər supermarketlərə axışıb, ərzaq və ən vacib ləvazimatları alırlar. Mağaza və restoranların bir qismi bağlıdır, digərləri isə adi rejimdə işləyir.
Tokionun yanacaq-doldurma məntəqələrində isə benzin tükənməkdədir, yanacağın satış miqdarına məhdudiyyətlər qoyulub. Elektrik enerjisi ilə yaranan problemlə əlaqədar olaraq, qatarlar böyük fasilələrlə işləyir.

Tokio sakinləri yeni yeraltı təkanların baş verəcəyindən ehtiyat edirlər, amma onları ən çox narahat edən məsələ Fukusima-1 atom elektrik stansiyasının vəziyyətidir.

Tokionun bir çox müəssisələri ölkənin zəlzələdən zərər çəkmiş şimal-şərq rayonlarına yardım təşkil edib. Radioaktiv zəhərlənmə təhlükəsi olduğundan, bir sıra ölkələrin rəhbərlikləri öz vətəndaşlarına təcili olaraq Yaponiya paytaxtını tərk etməyi məsləhət görüb.

Yaponiyada 17 mindən çox adam itkin düşüb

Yaponiyada baş vermiş zəlzələ və sunamidən sonra 17 min nəfər itkin düşmüş sayılır. ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı Yaponiyanın "NHK" telekanalı yayıb.

Yaponiya hakimiyyət orqanları nümayəndələrinin məlumatına görə isə itkin düşən şəxslərin sayı 17 min 589 nəfərdir. Təkcə Miyaqi prefekturunun Minami-Sanriku şəhərində itkin düşənlərin sayı 10 min nəfərə çatır. Miyaqi prefekturunun digər şəhəri Onaqavada isə 5 min nəfər itkin düşüb. Fukusima prefekturunda ümumilikdə 1689 şəxsin itkin düşdüyü bildirilir.

Xatırladaq ki, Yaponiyada martın 11-də 8,9 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələdən sonra Sakit okeanda yaranan və hündürlüyü on metrə çatan sunami dalğaları Yaponiyada böyük dağıntılara səbəb olub.

Yaponiya yenə silkələndi

Bu gün yenidən Yaponiyada zəlzələ baş verib. ABŞ Geologiya Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanlar Yaponiyanın Xonsü adasında qeydə alınıb. Yeraltı təkanların gücü Rixter cədvəli ilə 6.1 bal gücündə olub. Yeraltı təkanların 30 saniyə davam etdiyi bildirilir.

Xatırladaq ki, Yaponiyada martın 11-də 9 bal gücündə zəlzələ olub. Yeraltı təkanlardan sonra ölkədə sunami qasırğası başlayıb. Nəticədə minlərlə insan həlak olub, 10 mindən çox adam itkin düşüb.

Azərbaycandan Yaponiyaya yardım təklifi

Dünyanın 69 ölkəsi və 5 beynəlxalq təşkilat zəlzələ və sunami fəlakəti ilə üzləşən Yaponiyaya kömək təklif edib.

Yardım təklif edən ölkələr arasında Azərbaycanın da adı var.

Siyahıda Avstraliya, Tayvan, ABŞ, Koreya, Çin, Meksika, Tailand, Yeni Zellandiya, İsrail, Sinqapur, İndoneziya, Hindistan, Rusiya, Türkiyə, Almaniya, Fransa, Belçika, Ukrayna, Slovakiya, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Macarıstan, Polşa, İordaniya, Çili, İspaniya, Yunanıstan, Pakitan, Danimarka, Serbiya, Uruqvay, Monqolustan, İran, Fillipin, Kanada, İtaliya və sairə ölkələr var.

Bakıda dəhşətli olay

70 yaşlı kişi üstünə benzin töküb özünü yandırdı

Martın 14-də saat 17:00 radələrində Bakıda intihara cəhd hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan verilən məlumata görə, Balaxanı qəsəbə sakini 1941-ci il təvəllüdlü Əliyev Asim Məmməd oğlu üzərinə benzin tökərək özünə od vurub.

70 yaşlı kişi Xətai rayonu ərazisindəki General Mehmandarov küçəsi 28 ünvanında, “Sadiq” avtotəmir sexinin arxasında özünü yandırıb. Bu zaman avtotəmir sexində olan və ətrafdan keçən şəxslər kiminsə yandığını görüblər və onu söndürərək 5 saylı ixtisaslaşdırılmış xəstəxanaya çatdırıblar.

Təcili olaraq reanimasiyaya yerləşdirilən A.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Verilən məlumata görə, A.Əliyev intihar etəsinin səbəbi onun həyat yoldaşının ağır xəstə olması və maddi vəziyyətinin ağır olmasıdır.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma başlanılıb.

Şirvan şəhərində daha bir zəlzələ baş verdi

Azərbaycanın Şirvan şəhərində növbəti zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ martın 15-i yerli vaxtla saat 00:57-də Şirvan şəhərindən 33 km şimalda qeydə alınıb.

Zəlzələnin gücü episentrdə 12 ballıq cədvəl üzrə 3 bal, Şirvan ərazisində episentrə yaxın yaşayış məntəqələrində 2-2.5 bal hiss edilib.

İnsan itkisi və tikililərdə dağıntı yoxdur.

Qeyd edək ki, martın 14-də Şirvan ərazisində dalbadal 4 zəlzələ baş verib

83 yaşlı kişi özünü öldürdü

O, yaşadığı mənzildə intihar edib

Martın 15-nə keçən gecə Bakıda intihar hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, Lökbatan qəsəbə sakini, 1928-ci il təvəllüdlü Bayramov Əlisafa Sahab oğlu yaşadığı mənzildə özünü asıb. Yaxınları gecə saatlarında onun meyitini asılmış vəziyyətdə aşkarlayıblar.

83 yaşlı kişinin hansı səbəbdən canına qəsd etməsi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

25 yaşlı Yardımlı sakini donvurmadan ölüb

Yardımlı rayonunda donvurmadan ölüm hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Astanlı kənd sakini 25 yaşlı İsa Həmidovun kənd ərazisindəki meşədə meyiti tapılıb. O, tapılarkən donmuş vəziyyətdə olub. Meyitə baxış keçirilib. Bədənində xəsarətlər aşkarlanmayıb.

Eldar və Nigar Düsseldorfd səhnəsinə 18 nömrə altında çıxacaq

Bu gün Düsseldorfda “Eurovision-2011” müsabiqəsinin iştirakçılarının çıxış ardıcıllığını müəyyənləşdirmək üçün püşkatma keçirilib. ANS PRESS-in məlumatına görə, təmsilçilərimiz Eldar Qasımov və Nigar Camal mayın 10-da keçiriləcək birinci yarımfinalda 18 nömrə altında çıxış edəcək.

Həmin gün “Düsseldorf Arena”da 7 nömrə altında Rusiya təmsilçisi Aleksey Vorobyov, 4 nömrə altında Ermənistan təmsilçisi, 9 nömrə altında isə Gürcüstan nümayəndəsi çıxış edəcək.

Mayın 12-də keçiriləcək ikinci yarımfinalda Belarus təmsilçisi 16, Latviya 17, Moldova 7, Ukrayna 6, Estoniya isə 15 nömrə altında çıxış edəcək.

“Eurovision-2010” müsabiqəsinin qalibi Lena Mayer-Landrut mayın 14-də keçiriləcək finalda səhnəyə 16 nömrə altında çıxacaq. Fransa təmsilçisi Amori Vassili və Britaniyanın “Blue” pop-qrupu səhnəyə müvafiq olaraq 11 və 14-cü olaraq çıxacaq. İtaliya və İspaniya təmsilçiləri isə 12 və 22 nömrə altında çıxış edəcək.

Çempionlar Liqasında daha iki 1/4 finalınçının adı məlum olur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısının adına aydınlıq gələcək. 1/8 final mərhələsinin Almaniya və İngiltərədə baş tutacaq cavab oyunlarına, meydan sahibləri rəqiblərinə nisbətən bir addım öndə çıxacaq. Səfərdə “İnter”i son dəqiqə qolu ilə mağlub etmiş “Bavariya” minimal üstünlüyünü Münhendə də əldən verməməyə çalışacaq.

Almanların baş məşqçisi Lui van Qal isə yetirmələrinin böyük təzyiq altında oynayacaqlarını bildirib. Buna səbəb “Bavariya”nın Almaniya çempionluğu və kubokdan əlini üzməsidir. Bununla belə holland mütəxəssis nikbinliyini itirmir. Qeyd edək ki, zədə səbəbindən ilk oyunu buraxmış Dieqo Milito cavab matçında da “Bavariya”ya qarşı forma geyinə bəlməyəcək.

Günün ikinci matçında isə “Mançester Yunayted” “Marsel”lə İngiltərədə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasında Fransada baş tutmuş ilk oyunda hesab açılmamışdı və kimin növbəti mərhələyə adlayacağı elə bugünki matçda müəyyənləşəcək. İngilislərin baş məşqçisi Aleks Ferqyuson, səfər matçında məğlub olmadıqlarına rəğmən, işlərinin heç də asan olmayacağı qənaətindədir. Qeyd edək ki, hər 2 qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Kateqoriya: Muxtelif | Baxılıb: 1391 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024