Gəncənin 2504 illiyinə həsr olunmuş tədbirlərə start verilib - 22 Сентября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Sentyabr » 22 » Gəncənin 2504 illiyinə həsr olunmuş tədbirlərə start verilib
Gəncənin 2504 illiyinə həsr olunmuş tədbirlərə start verilib
17:31

Bu gün Gəncənin 2504 illiyinə həsr olunmuş “Gəncə günləri” tədbirlərinə start verilib.

APA-nın Qərb bürosunun məlumatına görə, tədbirlər çərçivəsində ilk öncə şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Cavad xanın və Nizami Gəncəvinin məqbərələri ziyarət olunub. Atlı carçılar şəhəri dolaşaraq əhalini sentyabrın 23-də şəhərin 2504 illiyinə həsr olunmuş tədbirlərə qatılmağa dəvət ediblər. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə verdiyi açıqlamada Gəncə sakinləri ilə birlikdə bu bayramı qeyd etməkdən qürur duyduğunu deyib: “15 il bundan əvvəlki Gəncə ilə indiki Gəncə arasında böyük fərq var. Mən əminəm ki, nə qədər ki, dünya var, Gəncə də var olacaq”.

Tədbirlərə qatılmış Türkiyə Cümhuriyyətinin Gəncədəki konsulu Haluk Ağca jurnalistlərə ölkəsinin bu şəhərdə ilk konsulu olmasından şərəf duyduğunu bildirib: “Öncə Gəncədəki ilk baş konsul olduğum üçün şərəf duyuram. Ayrıca konsul fəaliyyətimə Gəncənin 2504 illiyinin qeyd olunduğu bir gündə başlamaq mənə qürur verir. Çox qısa vaxtdır ki, Gəncədəyik, amma bu şəhəri çox sevdik, sizlərin yanınızda olmaqdan şərəf duyduq”.

Tədbirlər çərçivəsində Nizami Gəncəvinin heykəli önündə Nizami poeziya gecəsi keçiriləcək, Mir Cəlal Paşayevin ev muzeyində konsert proqramı təşkil olunacaq. Gəncə şəhərinin 2504 illiyi ilə bağlı təşkil olunan tədbirlər planı sabah şəhərin baş meydanında təşkil olunacaq konsert proqramı ilə başa çatacaq.

Kateqoriya: Bolgeler | Baxılıb: 363 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Sentyabr 2010  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016