Elnur Məmmədli ikiqat Avropa çempionu oldu - 23 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 23 » Elnur Məmmədli ikiqat Avropa çempionu oldu
Elnur Məmmədli ikiqat Avropa çempionu oldu
11:41

İstanbulda keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 5 üzvü mübarizəyə qoşulub.

Kişilər

73 kq

Bu çəkidə tatamiyə çıxan Renat Mirzəliyev 1/32 finalda moldovalı Yuri Leu ilə qarşılaşıb. Öz çəkisində yığmamızın lideri hesab olunun cüdoçu bu mərhələni asanlıqla adlayıb. Elnur Məmmədlinin ardınca o da rəqibini ippon fəndinə salıb. 1/16 finalda həmyerlimiz polşalı Tomasz Adamieslə güləşib. Təəssüf ki, o bu dəfə qələbəsinin davamını gətirə bilməyib və 1 yuka fəndi ilə uduzub. Mirzəliyev nəticədə Avropa çempionatında çıxışını dayandırıb.

Mirzəliyevdən fərqli, Ramil Qasımov mübarizəyə 1/16 final mərhələsindən qoşulub. İlk döyüşdən azad olan həmyerlimiz mübarizəni bu həmləsindəcə dayandırıb. O, Tengiz Papoşvili (Gürcüstan) ilə görüşdə cəmi 30 saniyə tab gətirib.

81 kq

Olimpiya çempionumuz Elnur Məmmədli Avropa çempionatına uğurla başlayıb. O, ilk döyüşündə yunanıstanlı Pavlos Qkraklov tatamiyə çıxmağa peşman edib. Məmmədli rəqibini məğlub etməyə cəmi 65 saniyə sərf edib. İpponla 1/16 final mərhələsinə vəsiqə qazanan təmsilçimiz Miroljub İveziçin (Serbiya) də gücünü yoxlayıb. Lakin serbiyalı idmançı da döşəkdə 5 dəqiqə tab gətirə bilməyib. Əvvəlcə Məmmədlinin vazari fəndi qarşısında aciz qalan İveziç ardınca 85-ci saniyədə Olimpiya çempionumuzun şah fəndi – ippona aldanaraq, yarışı vaxtından əvvəl başa vurub.

Növbəti mərhələdə isə Elnur Murat Xabaçirovla (Rusiya) qarşılaşıb. O, ilk 2 döyüşdəki qələbəni bu dəfə də təkrarlayıb. Rusiya təmsilçisi də həmyerlimizin ippon fəndindən yaxa qurtara bilməyib. Yalnız fərq onda olub ki, Məmmədli Xabaçirovu bir qədər gec – 127 saniyəyə məğlub edib. Nəticədə yarımfinala yüksələn Olimpiya çempionumuz finala gedən yolda Alain Şmitti (Fransa) də mübarizədən kənarlaşdırıb. O, yarımfinalda fransalı həmkarını vazari fəndinin hesabına məğlub edib.

Həlledici görüşdə isə Məmmədli Sergey Toma ilə qarşılaşıb. Moldovalı idmançıya göz açmağa imkan verməyən həmyerlimiz qələbə sayəsində qızıl medal qazanıb. Bununla, Məmmədli ikinci dəfə Avropa çempionu olub.

Kateqoriya: Idman | Baxılıb: 300 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016