Edilməsi Günah Olan Şeylər-2 - 18 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 18 » Edilməsi Günah Olan Şeylər-2
Edilməsi Günah Olan Şeylər-2
19:37

Yalan və Yalan Şahidliyi

Doğruluq, insanın ən gözəl sifətlərindəndir. Çünki sözü və üzü doğru olan kimsəni Allah Təala sevər.
Düzgünlük, Peyğəmbərlərdə olması lazımlı sifətlərdən biridir.
Allah Təala Qurani Kərimdə Peyğəmbərlərini, bu sifətə sahib olmaları ilə tərifləmişdir.
Düzgünlük, əxlaqın təməli və bütün fəzilətlərin başıdır.
Düzgünlük nə qədər təriflənməyə dəyər bir fəzilət isə, bunun əleyhdarı olan yalançılıq da o qədər yerilən pis bir xasiyyətdir.
Bu səbəblərdir ki, dinimiz yalan danışmağı qadağan etmiş, onu böyük günahlardan saymışdır.

Yalan, insan üçün ən pis sifət olan münafiqlik əlamətidir. Yalan danışan kimsə ibadətlərini etsə də yenə münafiqlik əlamətindən xilas olmuş olmaz.
Peyğəmbərimiz belə buyurmuşdur:
"Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan danışar, söz verdiyi zaman sözündə durmaz, özünə bir şey əmanət edildiyi zaman xəyanət edər (onu qorumaz)." (Buxari, İman, 24; Müslim, İman, 25)
Yalanın hər növü günahdır. Ancaq elə yalanlar vardır ki, onlarla haqlı olan haqsız çıxarılar və gerçəklər örtbas edilər.Bax, yalan şahidliyi bu cür yalanlardan biridir.
Xatir üçün, yaxud -Allah qorusun- çıxar üçün məhkəmədə yalan şahidliyi etmək böyük bir günahdır. Çünki yalançı şahid ədaləti kölgələr, haqqın itməsinə və günahsız insanların əziyyət görmələrinə, zərər çəkmiş olmalarına səbəb olar. Beləcə yalançı şahid, başqasının dünyasını edəcəyəm, könülünü xoş edəcəyə(i)m deyə öz könülünü qaraldar və axirətini yuyar. Allahın qəzəbini və əzabını haqq edər. Əleyhlərinə şahidlik etdiyi kəslərin də nifrətini qazanar.
Şahidlik etdiyimiz iddialı və şikayətçilər arasında yaxınlarımız və sevdiklərimiz də olsa yenə şahidliyi Allah üçün etmək və doğrunu söyləməliyik.
Allah Təala Qurani Kərimdə belə buyurur:
"Ey möminlər, ədaləti vasvasılıqla dəstək olan; özünüz, ana-atanız və qohumlarınız əleyhində də olsa Allah üçün şahidlik edən kəslər olun. (Haqqlarında şahidlik etdikləriniz) zəngin olsunlar, kasıb olsunlar Allah onlara (sizdən) daha yaxındır. Hisslərinizə uyğun gəlib ədalətdən uzaqlaşmayın, (şahidliyi) əgər, bükər, yaxud şahidlik etməkdən qaçınsanız (bilin ki) Allah etdiklərinizdən xəbərdardır." (Nisa, 135)

Peyğəmbərimiz yoldaşlarına:
-Böyük günahların ən böyüyünü sizə bildirimmi? buyurdu. Onlar:
-Bəli, bildir, ey Allahın Peyğəmbəri, dedilər. Peyğəmbərimiz:
-Allaha ortaq qaçmaq, ana və ataya üsyankar olmaq, buyurdu, sonra söykənməkdə olduğu yerdən oturdu və:
-Yaxşı dinləyin, bir də yalan şahidliyi, dedi və bu sözü dayanmadan təkrar etməyə başladı. Yoldaşları, "Kaş ki sükut buyursalar" dedilər. (Buxari, Şahidlik, 10; Müslim, İman, 38)
Yalan şahidliyi edən kimsə üç növ günah işləmiş olur. Birincisi, yalan danışır, ikincisi, haqsız olan kimsəyə kömək edir. Üçüncüsü də haqlının zərər çəkmiş olmasına səbəb olur.

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 604 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016