Edilməsi Günah Olan Şeylər - 12 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 12 » Edilməsi Günah Olan Şeylər
Edilməsi Günah Olan Şeylər
23:44

Günah, dində cinayət sayılan, Allahın əmrlərinə zidd söz və davranışlar deməkdir.

Allahın qadağan etdiyi bir şeyi -məsələn oğurluq etmək günah olduğu kimi, əmr etdiyi bir şeyi etməmək də -məsələn namaz qılmamaq da- eyni şəkildə günahdır.
Günahların hamısı bərabər deyil. Bir qadınıa təcavüz etmək günah olduğu kimi sözlə, əllə təcavüz etmək də günahdır. Amma bunlar eyni səviyyədə deyil. Bunun üçün günahlar, böyük və kiçik olmaq üzrə iki hissəyə ayrılır.
İnanmış olan kimsə, böyük olsun kiçik olsun, o günahı kimə qarşı etdiyini düşünərək bütün günahlardan çəkinməlidir. Xüsusilə böyük günahlara yaxınlaşmamalıdır. Çünki böyük günahların kiçik günahlara nisbətlə məsuliyyəti daha ağırdır.
Böyük olsun kiçik olsun, günah işləyən kimsə dindən çıxmış olmaz, ancaq günahkar olar; mömindir, amma qüsurlu mömindir. Bu mövzuda alimlər arasında fikir ayrılığı yoxdur.
Biz burada dinimizdə böyük sayılan günahların əhəmiyyətli bir hissəsinə işarə edəcəyik.Bu dəfə qeyd edəcəyimiz məsələ - fərz olan vacib olan ibadətləri tərk etmək

Fərz Olan İbadətləri Tərk etmək

İnsanı yaradan və ona saysız nemətlər verən Allah Təalanın onun üzərində bir haqqı vardır. Bu, ibadətdir. Möminlər Allahın bu haqqına riayət etdikləri yəni ibadət vəzifələrini yerinə yetirdikləri təqdirdə Allah qatında dəyər qazanarlar, ibadət vəzifələrini yerinə yetirməyənlər isə bundan məhrum olarlar.

Allah Təala belə buyurur:
"Ey Məhəmməd, de ki, ibadətiniz olmasa Rəbbim sizə nə deyə dəyər versin." (Furqan, 77)
Əlbəttə ibadət, insana Allah qatında dəyər qazandırar. Çünki yaradılışımızın məqsədi, Allahı tanımaq və ONA ibadət etməkdir. Bu mövzuda Qurani Kərimdə belə buyurulmuşdur:
"Mən cinləri və insanları mənə ibadət etsinlər deyə yaratdım." (Zariyat, 56)

Fərz Olan İbadətlər Bunlardır
1- Kəlmeyi-şəhadət: Allahdan başqa ilah olmadığına, Hz. Məhəmmədin Allahın Peyğəmbəri olduğuna şahidlik etmək. Yəni bu mənadakı "Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən əbduhu və Resüluh" kəlmeyi-şəhadəti dil ilə söyləmək.
2- Namaz qılmaq: Yetkinlik çağına gələn və ağıllı olan hər müsəlmanın gündə beş vaxt namaz qılmasıdır.
3- Zəkat Vermək: Zəngin olan müsəlmanların mal və pullarının müəyyən miqdarını yoxsullara vermələridir.
4- Həccə Getmək: Gücü çatanların ömürlərində bir dəfə həcc vəzifəsini yerinə yetirmələridir.
5- Ramazan Orucunu Tutmaq:Yetkinlik çağına gələn və ağıllı olan müsəlmanların hər il Ramazan ayını oruc tutmalarıdır.

İslamın fərz etdiyi ibadətlər bunlardır.
Bu ibadətləri, şərtlərini daşıyan hər müsəlmanın yerinə yetirməsi fərzdir, lazımlıdır.
Şərtlərini daşıdığı halda bu ibadətləri etməmək böyük günahlardandır.
Nümunə olaraq namazı deyək. Yetkinlik çağına gəlmiş ağılı başında olan qadın və kişi gündə beş vaxt namaz qılmaqla öhdəçiliklidir. Bu öhdəçiliyini diqqətə almayıb namazı etməyən kimsə böyük günah işləmiş olar.
Qurani Kərimdə belə buyurulur:
"Onların arxasından elə bir nəsil gəldi ki, bunlar namazı buraxdılar;. Buna görə irəlidə azğınlıqlarının cəzasını çəkəcəklərdir." (Məryəm, 59)
Digər ibadətlər də namaz kimidir. Tərk edilmələri böyük günahdır.

ARDI OLACAQ!!!

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 500 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016