Dünyanın ən önəmli dini mirasları - 30 Мая 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » May » 30 » Dünyanın ən önəmli dini mirasları
Dünyanın ən önəmli dini mirasları
17:39

Ən dəyərli parçalar
Torino kəfəni
Həzrəti İsanın dəfn edilərkən bu kəfənə büküldüyü iddia edilir. 4,3 metr uzunluğundakı saralmış bu parçaya nümayiş etmək üçün hər il milyonlarla insan İtaliyanın Torino şəhərinə axışır. Kəfənin üzərində yaralı insanın izləri olsa da karbon testi parçanın 1260-1390-cı illərə, yəni peyğəmbərin olmadığı bir vaxta aid olduğunu üzə çıxarıb.

Saqqalı-Şərif
Məhəmməd Peyğmbərin (s.ə.s) vəfatından sonra ən sevimli bərbəri tərəfindən saqqalının kəsildiyi deyilir. Saqqal bu gün Türkiyədə Topqapı sarayında nümayiş etdirilir. Osmanlı padşahı Sultan Səlimin 1517-ci ildə Misir səfərindən sonra İstanbula gətirilən Saqqalı-Şərif burada sərgilənir.

Məryəmin müqəddəs kəməri
İnanclara görə, həzrəti Məryəm ölümündən öncə dəvə yunundan hazırlanmış əl işi kəmərini İsa Peyğəmbərin 12 səhabəsindən biri olan Tomasa verib. Kəmər 14-cü əsrdə İtaliyanın Prato şəhərinə gətirilib. Bu gün “Sacra Cintola” adlandırılan kəmər ildə ancaq beş gün sərgilənir.

Yəhya peyğəmbərin başı
Yəhya Peyğəmbərin başının harada dəfn edildiyi konkret olaraq sitayiş etdiyimiz dinə bağlıdır. Çünki müsəlmanlar onun Suriyanın Şam şəhərində, xristianlar San Silvestro Kilsəsində basdırıldığını bildirirlər. Bəziləri isə başın Türkiyə və ya Fransanın hansısa şəhərində olduğunu iddia edir.

Buddanın dişi
Şri Lanka əfsanəsinə görə, Buddanın yandırılmasından sonra onun ancaq bir dişi qalıb. Bu diş o qədər müqəddəsləşdirilib ki, hətta ona sahib olanın hökmranlıq haqqına da sahib ola biləcəyinə inanılır. Bunun üçün də onun ələ keçirilməsi üçün tarixdə bir çox savaşlar baş verib. Bu gün isə diş Şri Lankanın Kandi şəhərindəki Diş Məbədindədir.

Müqəddəs bakirənin köynəyi
İnanclara görə, bu köynək İsa Peyğəmbərin doğumu zamanı Həzrəti Məryəmin əynində olub. Köynək Fransada saxlanılır. "Sancta Camisia" adlandırılan köynək 876-ci ildə kilsəyə bağışlanıb.1194-cü ildə köynək kilsədə başlayan yanğından sonra yox olub. Ancaq 3 gün sonra köynək heç bir zərər görməmiş şəkildə tapılıb.

Müqəddəs Ninonun xaçı
Əfsanəyə görə, Həzrəti Məryəm xristianlığı Gürcüstanda yaymağa çalışan Nino adlı qadına müqəddəs xaç verib. Xaç bu gün Gürcüstanın pravoslav kilsəsinin ən böyük simvoludur.

Məhəmməd Peyğəmbər (s.ə.s) ayaq izi
Müsəlmanlar Peyğəmbərin (s.ə.s) hər getdiyi yerdə sol ayağının izini qoyduğuna inanırlar. Bu izlərdən biri bu gün İstanbuldakı Topqapı muzeyində saxlanılır.

Petrusun zəncirləri
Həzrəti İsanın 12 səhabəsindən olan Petrusun Qüdsdə xristianlığı yaydığı üçün həbs edildiyi və zəncirləndiyi, məhkəmədən bir gün öncə bir mələk tərəfindən zəncirdən azad edilərək həbsxanadan qaçdığı iddia edilir. Bu gün Petrusun vurulduğu zəncirlər Romadakı San Pietro bazilikasının altındakı müqəddəs əmanət sandığında saxlanılır.

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 385 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2010  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016